Icma.az
close
up
RU
Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib AZƏRTAC

Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Jusup Balasaqın adına Qırğızıstan Milli Universitinində yaradılmış Türk mədəniyyəti və irsi mərkəzinin və Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın 140 illiyinə həsr olunmuş “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Türk mədəniyyəti və irsi mərkəzinin direktoru, keçmiş səfir, hüquq elmləri doktoru, professor Kayrat kitabın slaydını təqdim edib. Daha sonra Universitetin, türkologiya və tərcüməşünaslıq mərkəzinin müdiri Elebesova Burul, türkologiya və tərcüməşünaslıq mərkəzinin baş müəllimi Farizat Kuramoyeva, türkologiya və tərcüməşünaslıq mərkəzinin birinci kurs tələbələri Mirzat Suusarbekova Ayana Sokuçiyeva “Salman Mümtazın irsinə Bişkekdən baxış” mövzusunda çıxış ediblər.

Azərbaycan diasporunun rəhbəri Xansıvar Baxşaliyevin çıxışında “belə parlaq şəxsiyyətlərin türk dünyasında tanıdılmasına diasporlar öz töhfəsini verməlidir” fikri alqışlarla qarşılanıb.

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun oğlu, Qırğızıstanın keçmiş xarici işlər naziri Askar Aytmatov Salman Mümtazın taleyinin onun babası Toroqul Aytmatovun taleyi ilə oxşarlığından danışdı.

Qeyd edək ki AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi müəssisənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimat mərasimi AMEA Füzuli adına əlyazmalar institutunda keçirilən tədbirlə paralel keçirilib.

Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilində nəşr olunmuş bu kitab böyük türk oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.

Kitabda müəllifin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə repressiya illərində itmiş və nəhayət, arxivlərdən tapdığı və tədqiqata cəlb etdiyi “100 şair” təzkirəsindən və bugünədək məlum olmayan, dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən bəhs olunur. Həmin əsərlərdən bir hissə transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir.

Türk dünyasına misilsiz xidmətləri ilə seçilən fədakar bir şəxsiyyətin - repressiya qurbanı olmuş Salman Mümtazın yaradıcılığına həsr olunan bu kitabın qardaş Qırğızıstanda “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir. Qeyd edək ki, təqdimat zamanı kitabın qırğız və türk dillərinə tərcüməsi qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri