Icma.az
close
up
RU
Salman Mümtazın 140 illiyinə həsr edilmiş Respublika Elmi Konfransı keçirilib

Salman Mümtazın 140 illiyinə həsr edilmiş Respublika Elmi Konfransı keçirilib

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 24-də AMEA-nın Humanitar Elmlər Bölməsi və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf alim Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr edilmiş respublika elmi konfransı keçirilib.

Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib ki, Azərbaycan ədəbiyyatının, klassik irsinin tədqiqində və tanıdılmasında böyük xidmətləri olan Salman Mümtazın 140 illiyi münasibətilə bir çox qurumlarda, elmi müəssisələrdə tədbirlər, konfranslar keçirilib. Ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində apardığı əsaslı tədqiqatlarla, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və tanıdılmasında gördüyü işlərlə Salman Mümtaz həmişə xatırlanacaq, onun zəngin irsi həmişə aktual qalacaq.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Salman Mümtaz ömrünü folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanmasına sərf edib. Akademik vurğulayıb ki, Salman Mümtaz elə müstəsna şəxsiyyətdir ki, gərək həmişə təxəllüsü adından əvvəl çəkilə, çünki onun şəxsiyyətinə də, bütün fəaliyyətinə də mümtazlıq xasdır.

Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövründə araşdırdığını qeyd edən alim bildirib ki, Azərbaycanın repressiyaya məruz qalan digər şair və yazıçıları kimi, Salman Mümtazın da xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Bu fədakar şəxsiyyətin Azərbaycan ədəbiyyatının klassiklərinin zəngin irsinin gələcək nəsillərə çatdırılması naminə gördüyü işlər, Azərbaycan mətnşünaslığı sahəsində göstərdiyi müstəsna xidmətlər heç vaxt unudulmayacaq, xalqımız onu qəlbində və düşüncəsində yaşadacaq.

Milli ədəbiyyatımızın və mədəniyyətimizin fədakar təəssübkeşi Salman Mümtazın 140 il öncə dünyaya göz açdığı, Şəki şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi/ 85 ünvanında yerləşən evə - xatirə muzeyinə dövlət başçımızın "Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı" müfaviq sərəncamı ilə xüsusi qayğı göstərildiyini vurğulayan millət vəkili Cavanşir Feyziyev bu böyük alimin cəfakeşliyi sayəsində ərsəyə gələn "Unudulmuş yarpaqlar", "250 şair" kitablarıyla neçə-neçə imzanın "unudulmaqdan nicat bulduğunu" diqqətə çatdırmışdır.

Hələ 100 il bundan öncə qələmə aldığı əsərlərdə: "Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk dünyasını, ana Turanı görürəm. Turan bütün türk qövmlərini öz bayrağı altında toplaya bilən qüdrətli və ədalətli bir dövlət olacaq. Bu dövlət dünya xalqlarına əbədi sülh və səadət gətirəcək, dünyanın hər yerində haqq və ədaləti müdafiə edəcək, zülmə qarşı mübarizə aparacaq..." deməsiylə, Salman Mümtaz Türk xalqlarının, dövlətlərinin və mədəniyyətlərinin işıqlı gələcəyinə böyük inamını ifadə etmişdir.

Ədibin 1926-cı ildə Birinci Türkoloji Qurultayda Əli bəy Hüseynzadə, Mehmet Fuad Köprülüzadə, Əziz Qubaydullin kimi türk məfkurəli ziyalılarla görüşünü, qurultayda məhz nəşrə hazırladığı "Nəsimi" kitabını təqdim etməsini və milli mündəricəli çıxışını xatırladan millət vəkili 37-ci ilin repressiya burulğanının elə bu səbəblərdən dolayı Azərbaycan elmi ədəbiyyatşünaslığının mümtaz şəxsiyyətlərindən olan Salman Mümtazdan da yan keçmədiyini təəssüflə qeyd etmişdir.

Daha sonra “Mümtaz alim, “Şəki savları” və Kaşğari “Divan”ı”, “Salman Mümtaz arxivində folklor nümunələri”, “Salman Mümtazın xalq ədəbiyyatı sevgisi”, “Ədəbiyyatşünaslıq elmi tariximizin Salman Mümtaz dönəmi: xalq yaradıcılığı xəzinəmizdən qaynaqlanan Salman Mümtaz tədqiqatları”, “Salman Mümtazın gizli imzaları”, “Salman Mümtaz tədqiqatlarında qarabağlı “El şairləri” və “Salman Mümtazın folklorşünaslıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.

Tədbirin sonunda Salman Mümtazın nəvəsi şərqşünas alim Urxun Qalabəyli konfransı təşkil edən, çıxış edən bütün ziyalılara təşəkkürünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri