Icma.az
close
up
RU
Bişkekdə ŞƏT sammiti: Paşinyan və Ərdoğan bir araya gələcək

Bişkekdə ŞƏT sammiti: Paşinyan və Ərdoğan bir araya gələcək

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammitində 17 dövlətin liderinin iştirakı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcəklər.

Bundan başqa, görüşə ŞƏT-ə üzv dövlətlərin liderləri ilə yanaşı, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Toqo hökumətinin sədri For Qnasinqbe, Laos Prezidenti Thonglun Sisulit, Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan və Misirin vitse-prezidenti Hüseyn İsa qatılacaq.

Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş, MDB-nin Baş katibi Sergey Lebedev, KTMT-nin Baş katibi Taalatbek Masadıkov, Avrasiya İqtisadi Komissiyasının Kollegiyasının sədri Bakıtjan Saqintayev və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransının Baş katibi Kayrat Sarıbay da iştirak edəcəklər.

Görüş zamanı beynəlxalq və regional gündəlik, ŞƏT-in gələcək inkişafı, eləcə də siyasi, ticarət-iqtisadi, nəqliyyat, rəqəmsal, ekoloji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Sammitin yekununda təşkilatın 25 illiyi ilə bağlı Bəyannamənin, həmçinin bir sıra qərar və tematik bəyanatların qəbul edilməsi planlaşdırılır.

“ŞƏT plus” formatında keçiriləcək genişləndirilmiş görüşdə isə BMT-nin və beynəlxalq hüququn rolu, dayanıqlı inkişaf, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, ŞƏT-in Dövlət Başçıları Şurasının sammiti 31 avqust – 1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri