Icma.az
close
up
RU
“Bitcoin”in qiyməti rekord həddə ucuzalaşıb

“Bitcoin”in qiyməti rekord həddə ucuzalaşıb

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rəqəmsal pulun dəyəri 120 mindən 64 min dollara düşüb

Dünya rəqəmsal valyuta bazarı yenidən təşviş mərhələsinə daxil olub. Bazarda satışlar güclənərək rekord həddə çatıb ki, bu da qorxu indeksinin 21 bəndə düşməsinə gətirib çıxarıb. İyunun 4-də qlobal kriptovalyuta bazarının kapitallaşması 1,79 faiz azalaraq 2,25 trilyon dollara enib. Ən bahalı kriptovalyuta olan “Bitcoin”in dəyəri daha kəskin ucuzlaşıb. Bir ay əvvəl 120-125 min dollara yüksələn bu rəqəmsal pul indi 64 min dollara düşüb. Bu, maliyyə aləti son altı ayda ən kəskin eniş yaşayaraq psixoloji 70 min dollar səviyyəsindən də aşağı düşməklə bazar iştirakçılarına şok yaşadıb.  Bazarın ikinci ən böyük kriptovalyutası olan “Ethereum”un qiyməti isə 1810 dollara qədər geriləyib. Kriptobazarda ilk beşlikdə yer alan digər aktivlərdən “BNB”nin qiyməti 618 dollara qədər enib. “PAX Gold” 4460 dollara, “Tether Gold” isə 4443 dollara düşüb. Bu tendensiya xüsusilə “risk-off” mərhələsinin gücləndiyini nümayiş etdirir.

ABŞ və İran arasında gərginlik kriptovalyuta bazarına təsir edir

“Bitcoin”in qiymətinin dəyişməsi əsasən tələb və təklif balansından, investorların psixologiyasından və qlobal makroiqtisadi vəziyyətdən asılıdır. Kriptovalyuta bazarlarında qısamüddətli ucuzlaşmaların arxasında bir neçə əsas səbəb dayanır. Onlardan birincisi ABŞ və İran arasında gərginliyin yenidən artması, investorların riskli aktivlərdən çıxması və bazarda kütləvi likvidasiyaların baş verməsidir. Son 2 gündə kriptovalyuta bazarında təxminən 1,4 milyard dollar həcmində bazar seqmenti bağlanıb. Bu isə “Bitcoin”in qiymətinin son yeddi həftənin ən aşağı səviyyələrinə enməsi də satış təzyiqini daha da artırıb.

Bazar iştirakçıları ABŞ-İran qarşıdurmasının inkişafını və onun qlobal maliyyə bazarlarına təsirini izləyirlər. Geosiyasi risklərin artması fonunda investorların daha təhlükəsiz aktivlərə üstünlük verməsi kriptovalyutalara təzyiq göstərməkdə davam edir. Mövcud şəraitdə investorlar kapitallarını qızıl və qızıla bağlı rəqəmsal aktivlərə yönəltməkdədir.

Baş verənlər investorlar arasında güclü ehtiyatlılığın əlaməti olmaqla, risklərin davam etdiyini təsdiqləyir. Analitiklərə görə, kriptovalyuta bazarındakı enişə satış təzyiqi də təsir göstərən amillərdəndir. Belə ki, qiymət müəyyən bir zirvəyə çatdıqda, əvvəllər aşağı qiymətlərlə “Bitcoin” almış investorlar (xüsusilə böyük portfeli olanlar) qazanclarını götürmək üçün kütləvi satışlar edirlər. Bu isə qəfil satış dalğası yaradaraq qiyməti aşağı salır. Bundan başqa, institusional axınlar və investisiya fondlarının və birjaların nizamsız hərəkətləri də “Bitcoin”in korporativ investorların aktiv satışlarını artırır, bu isə likvidliyi azaldaraq qiyməti aşağı çəkir. Digər faktorlardan biri isə makroiqtisadi qeyri-müəyyənliklərlə əlaqəli hesab edilir.

ABŞ FES-nin qərarları investorları geri çəkilməyə məcbur edir

ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələri ilə bağlı qərarları və qlobal iqtisadi siyasətlər kriptovalyuta bazarına birbaşa təsir edir. FES-in yürütdüyü siyasət son aylarda maliyyə sisteminə müəyyən təsirlər edir ki, bu da dollar və virtual valyuta qarşıdurmaları fonunda qeyri-müəyyənlikləri artırır. Belə ki, kriptovalyuta bazarı daha çox likvidlik hesabına böyüyən və ondan qidalanan bazardır. Əgər pul dövriyyəsinə məhdudiyyətlər tətbiq edilirsə və bazarda likvidlik azalırsa, bu, ilk növbədə “Bitcoin” və digər riskli aktivlərə təzyiq göstərir. Belə şəraitdə kripto bazarı likvidlik riskləri ilə üzləşir. Bu şəraitdə bazar iştirakçıları faiz dərəcələrinin azaldılacağına ümid etsə də, son siqnallar göstərir ki, FES yüksək inflyasiya risklərinə görə, öz sərt siyasətindən geri çəkilməyə tələsmir. Yüksək faiz dərəcələri isə kreditlərin bahalaşması, dollar və istiqrazların investorlar üçün daha cəlbedici olması və nəticə olaraq riskli aktivlərə, o cümlədən kriptovalyutalara axan likvidliyin azalması deməkdir. Nəticədə, bir çox institusional və iri investorlar portfellərində risk səviyyəsini aşağı salmaq üçün kripto mövqelərini ixtisar etməyə başlayır.

Ekspertlər hesab edir ki, yaxın dövr üçün proqnoz vermək çətindir. Bu, həm FED-in siyasətindən, həm də kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı qərarlardan asılı olacaq. Mərkəzi bankların nəzarəti gücləndirməsi və bazarın tənzimlənməsi ilə bağlı təşəbbüslər artarsa, kriptovalyutalara əlavə təzyiq yarana bilər.

Azərbaycanın kriptovalyutalara konservativ baxışı

Azərbaycanda kriptovalyutalara monetar baxış konservativdir, blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir. Bir neçə aydır ki, sınaq testinin keçirilməsi kriptovalyutaya hazırlıq kimi dəyərləndirilə bilər.

Millət vəkili Vüqar Bayramov Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcəyini istisna etmir. Onun fikrincə, Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərini başa çatdırıb və bu müddətdə 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. Belə ki, 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib. Həmin dəstəkləyici layihələr sırasında kriptovalyuta əməliyyatları ilə bağlı müsbət siqnallar var. Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər.  Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.

Beləliklə, Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri