Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.
Dəyər ifadəsində idxal 26 milyon 162,9 min dollar və ya 34,9% artıb.
Miqdar ifadəsində idxal 47 min 317,3 tondan 62 min 363,7 tona yüksəlib. Artım 15 min 46,4 ton və ya 31,8% təşkil edib.
Yağ məhsulları üzrə idxalda həm həcm, həm də dəyər artıb. Dəyər artımı miqdar artımına yaxın olsa da, bir qədər yüksəkdir. Bu, həm tələbin artdığını, həm də orta idxal qiymətində müəyyən yüksəliş olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 İyun 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















