Icma.az
close
up
RU
Biz ilk gündən bilirdik ki, burada qəsd var Təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Biz ilk gündən bilirdik ki, burada qəsd var Təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Rusiya tərəfi Azərbaycan təyyarəsini vurmaqla beynəlxalq hüquq normalarını ciddi şəkildə pozub. Təyyarə qəzalı vəziyyətdə olduğu halda Rusiya tərəfindən heç bir yardım göstərilməyib. Əksinə, təyyarənin təhlükəsiz enişinə imkan yaradılmadığı üçün onun müdafiəsiz və köməksiz bir vəziyyətdə qalmasına şərait yaradılıb. Nəticədə həm təyyarə sıradan çıxıb, həm də 38 nəfər vətəndaşımız həyatını itirib".

Bu fikirləri Redaktor.az-a beynəlxalq hüquq üzrə ekspert Əli Mustafa "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə qəzasının araşdırılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, aparılacaq araşdırmalar Azərbaycan tərəfinin haqlı mövqeyini sübut edəcək:

"Araşdırmalar Azərbaycan tərəfinin haqlı olduğunu ortaya çıxaracaq. Biz ilk gündən bilirdik ki, burada qəsd var. Rusiya tərəfi Azərbaycan təyyarəsini vurub, bununla da beynəlxalq hüququ pozub və bir dövlət olaraq beynəlxalq hüquqdan gələn bir sıra öhdəlikləri yerinə yetirməyib. Həmçinin qəzalı vəziyyətdə olan təyyarəyə kömək etməyib, onun enməsinə dəstək olmayıb. Burada beynəlxalq qanunvericiliyə, konvensiyalara uyğun olaraq qarşı tərəfin, yəni Rusiya tərəfinin öhdəlikləri var. Burada təbii ki, kompensasiya nəzərdə tutulur. Yəni vurulan zərərin ödənilməsi hesablanıb həyata keçirilməlidir. Burada təkcə maddi zərər deyil, mənəvi zərər də var. Həyatını itirənlər, onların yaxınları, yaralananlar və sonrakı yaşamının təmin olunması üçün müəyyən kompensasiyaların ödənilməsi beynəlxalq hüquq və tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunacaq".

O qeyd etdi ki, bu hadisə beynəlxalq qanunvericiliyə və müvafiq konvensiyalara əsasən Rusiya tərəfinin müəyyən öhdəliklərini ortaya çıxarır.

"Amma öncə hələ qarşı tərəfin bu cinayətdə əlinin olmasının sübut edilməsi lazımdır. Rusiya tərəfi bu hadisənin Rusiya ərazisində, hava məkanında olduğunu boynuna alır, amma bilavasitə Rusiya tərəfindən bu cinayətin törədildiyini hələ etiraf etmir. Bu da çox vacib məsələdir. Rusiya tərəfi o halda məsuliyyətə cəlb olunar və vurduğu zərərin ödənilməsi ilə bağlı yüklənə bilər ki, həm də burada cinayətin törədilməsi faktı təsdiq olunsun. Hadisənin qəsdən edilməsi bir başqa məsələdir. Amma bütün hallarda təyyarə qəzasında Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin də rol aldığını sübut etmək aparılan bu araşdırmaların, birgə komissiyanın fəaliyyəti nəticəsində meydana çıxacaq. Hər halda beynəlxalq hüquqi məsuliyyətdən də irəli gələrək onların beynəlxalq hüquqa uyğun olaraq ödəmələr həyata keçirməsi reallaşacaq", - deyə Əli Mustafa bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri