Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Müharibə başlayır? Trampın İranla bağlı ən riskli qərarı

Müharibə başlayır? Trampın İranla bağlı ən riskli qərarı

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı getdikcə sərtləşən bəyanatları fonunda Vaşinqtonda hərbi müdaxilə variantları yenidən gündəmə gəlib.

Moderator.az xəbər verir ki, ABŞ mediasında yer alan məlumatlara görə, həm birbaşa hərbi əməliyyatlar, həm də gizli xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu ssenarilər müzakirə olunur. İranın nüvə və ballistik raket infrastrukturu potensial hədəf kimi nəzərdən keçirilir ki, bu da regionda gərginliyi daha da artırır.

Tramp administrasiyası İranın nüvə və raket proqramlarını daha da zəiflətmək, eyni zamanda dini lider Ayətullah Əli Xamenei üzərində təzyiqi artırmaq niyyətində olduğunu açıq şəkildə ortaya qoyur. Bu açıqlamalar Tehranda kəskin reaksiya ilə qarşılanıb.

ABŞ birbaşa hərbi müdaxilə variantını da istisna etmir

Amerikan mətbuatının, xüsusilə New York Times qəzetinin təhlilinə görə, Trampa yaxın mənbələr ABŞ prezidentinin İran ərazisinə birbaşa hərbi zərbələr endirilməsi ehtimalını da nəzərdən keçirdiyini bildirir. Son dövrlərdə İranda baş verən etiraz aksiyaları ayrıca qiymətləndirilsə də, ABŞ qüvvələrinin ölkə daxilində müəyyən strateji nöqtələrə qəfil reydlər təşkil etməsi ehtimalı da gündəmdədir. 

Tramp bir tərəfdən etirazçılara qarşı zorakılığı tənqid edir, digər tərəfdən isə hərbi təzyiq kartını əlində saxlayır.

Hərbi təhdidlər qəsdən gündəmdə saxlanılır

Tramp administrasiyası İranın nüvə silahı əldə etmə cəhdlərinə qəti şəkildə son qoyulmasını tələb edir. Axios nəşrinin Səudiyyə Ərəbistanı və İsrail rəsmilərinin Vaşinqtonda mümkün İran əməliyyatlarını müzakirə etdiyini yazmasından sonra, New York Timesın yaydığı məlumatlar prosesin planlı şəkildə aparıldığını göstərir.

ABŞ rəsmiləri bildirir ki, Tramp hələlik hərbi əməliyyata yekun qərar verməyib və Pentaqonun təqdim etdiyi variantlar arasında konkret seçim edilməyib. Diplomatik kanal açıq qalsa da, bəzi rəsmi şəxslər hərbi təhdidlərin məqsədli şəkildə mətbuata sızdırıldığını və bunun İranı danışıqlara məcbur etmək məqsədi daşıdığını etiraf edirlər.

Nüvə obyektləri və təhlükəsizlik mərkəzləri hədəfdədir

Ağ Evin sözçüsünün müavini Anna Kelli bildirib ki, Trampın İranla bağlı geniş manevr imkanları var:

“Prezident ümid edir ki, hərbi addıma ehtiyac qalmaz. Amma İran gec olmadan razılaşmaya getməlidir.”

ABŞ administrasiyası etirazlar zamanı nüvə proqramı ilə əlaqəli obyektlərin, eləcə də nümayişləri yatıran silahlı strukturların mərkəzlərinin hədəfə alınması ssenarilərini də nəzərdən keçirib. Lakin İranın mümkün cavab zərbələri, İsrailin təxirəsalma tələbləri və region ölkələrinin hava məkanlarını açmaqdan imtinası planların yenidən gözdən keçirilməsinə səbəb olub.

“Venesuela modeli” İran üçün də gündəmdədir

New York Times yazır ki, Tramp daha əvvəl Venesuela lideri Nikolas Maduroya qarşı tətbiq olunan təzyiq strategiyasına bənzər modeli İran üçün də nəzərdən keçirir. ABŞ aylarla Venesuela sahillərində hərbi mövcudluq nümayiş etdirmiş, Maduronu hakimiyyətdən getməyə məcbur etməyə çalışmışdı.

ABŞ-ın İrandan tələb etdiyi 3 əsas şərt

ABŞ rəsmilərinin fikrincə, Tehranın bu tələbləri qəbul etmə ehtimalı olduqca aşağıdır. Vaşinqtonun irəli sürdüyü şərtlər bunlardır:

uranın zənginləşdirilməsinin tam və daimi dayandırılması,

bütün nüvə ehtiyatlarının təhvil verilməsi,

ballistik raket imkanlarına ciddi məhdudiyyətlərin qoyulması.

Ekspertlər qeyd edirlər ki, xüsusilə raket proqramına məhdudiyyətlər İranın hərbi çəkindiriciliyini ciddi şəkildə zəiflədə bilər.

Ən təhlükəli ssenari: gizli xüsusi təyinatlı əməliyyatlar

Vaşinqtonda müzakirə olunan ən riskli variantlardan biri ABŞ-ın gizli xüsusi təyinatlı qüvvələr vasitəsilə İranda zərər görməmiş nüvə obyektlərini sıradan çıxarmasıdır. İyunda həyata keçirilən bombardmanlardan təsirlənməyən obyektlərin quru əməliyyatları ilə neytrallaşdırılması ehtimalı da masadadır. ABŞ xüsusi qüvvələrinin bu cür yüksək riskli missiyalar üçün uzun müddətdir hazırlandığı bildirilir.

İranın nüvə proqramında ciddi irəliləyiş yoxdur

New York Timesın təhlilinə görə, İsrailin 13 iyun hücumlarından sonra İranın nüvə proqramında ciddi irəliləyiş qeydə alınmayıb. Kəşfiyyat mənbələri Natanz, Fordo və İsfahan obyektlərində zənginləşdirilmiş uranın hələ də dağıntılar altında və istifadəsiz vəziyyətdə olduğunu bildirir.

İsrailin Vaşinqtona təzyiqi artır

Alternativ ssenarilər arasında Ayətullah Xameneinin mövqeyini zəiflədə biləcək liderlik və hərbi hədəflərə zərbələr də yer alır. Tramp İranın Venesueladan daha güclü və mürəkkəb aktor olduğunu anlayır, lakin İsrailin İranın yenidən qurulan ballistik raket proqramına qarşı yeni hücumlar üçün Vaşinqtona təzyiq göstərdiyi qeyd olunur.

Tehran isə açıq xəbərdarlıq edib: ABŞ-ın istənilən hücumu müharibə elanına bərabər sayılacaq və İran İsraili də əhatə edən sərt cavab verəcək.

ABŞ bölgədə hərbi mövcudluğunu gücləndirir

Artan gərginlik fonunda ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini əhəmiyyətli dərəcədə artırıb. F/A-18 və F-35 qırıcılarını daşıyan “Abraham Lincoln” aviadaşıyıcısı raketlərlə silahlanmış kreyserlərin müşayiəti ilə bölgəyə yerləşdirilib. Bundan əlavə, 12 ədəd F-15E qırıcısı göndərilib, Patriot və THAAD hava hücumundan müdafiə sistemləri aktiv vəziyyətə gətirilib. ABŞ-ın uzaqmənzilli bombardmançı təyyarələri isə yüksək döyüş hazırlığı səviyyəsində saxlanılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri