Icma.az
close
up
RU
Biz kənardan necə görünürük?

Biz kənardan necə görünürük?

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ayrı-ayrı xalqların oturuşmuş ənənələri onların coğrafiyası, mədəniyyəti, inanc və adətləri üzərindən formalaşır.

Bəzən ənənələr müasirlik zolağına daxil olsa da öz əzəli mahiyyətini bu və ya digər formada hifz edir. Bir xalq olaraq biz kənardan necə görünürük? Hansı ənənələrimiz digər xalqların baxış bucağında daha qabarıq hiss olunur? Səciyyəvi xüsusiyyətlərimiz çoxdur. Zəngin mətbəx mədəniyyətimiz, qonaqpərvərliyimiz, ailə bağlarına məxsusi önəm verməyimiz, yaşlı nəsilə hörmətlə yanaşma xüsusiyyətlərimiz bizim öyünməli və zamanın sınağından çıxmış dəyərlərimizdir.
Yaxın qonşularımız, dünyanın coğrafi baxımdan bizdən uzaqlarda yaşayan xalqları haqqımızda qərəzsiz mövqe nümayiş etdirdikdə məhz sadalanan məziyyətlərimizi önə çəkir. Sadə əcnəbi barəmizdə az-çox informasiyaya malikdirsə ölkəmizi neft diyarı, zəngin musiqi mədəniyyətinə sahib və eyni zamanda qədim insan məskunlaşmasının əlverişli coğrafiyasına görə fərqləndirir.
Maraqlıdır, görən bəs hansı xüsusiyyətlərimiz xoşlanmır? Hansı çatışmazlıqlarımız əcnəbilər tərəfindən daha qabarıq görünür? Təbii ki söhbət ayrı-ayrı fərdlərin həyat tərzindən, dünya baxışından yox, az-çox ümumumiləşmiş və ümumxalq vəsiqəsi qazanmış neqativlərdən gedir.
Məsələn mən əfsuslar olsun ki, xaricilərin bizim növbə mədəniyyətimizin aşağı olması haqqında danışdıqlarını dəfələrlə eşitmişəm. İsrafçılığa meyilli olmağımız da əcnəbilərin müşahidələrindən yayınmadığını səhih bilirəm. Taksiçilərimizin qeyri-etik hərəkətlərinin, müştəri tutmaq mücadilələrini heç bir norma çərçivəsinə sığmayan ədəbsizlikləri fonunda nümayiş etdirmələri haqqında əcnəbi təəccübünü görmüşəm.
Sadalanan müsbət və mənfi məziyyətlərimiz sıradan əcnəbinin müşahidəsində yəqin ki, ilk baxışda sezilən nüanslardır.
Yenə də maraq doğurur, görən bəs müəyyən sahə mütəxəssisi bizim barəmizdə hansı ümumiləşmiş fikirlərə malikdir. Məsələn deyək ki, dilimizi, yazı mədəniyyətimizi mükəmməl öyrənən bir əcnəbi linqivst haqqımızda hansı qənaətə gələr.
Çalışacam bu sahəyə tam neytral və qərəzsiz bir xarici linqivstin baxış rakusundan yanaşım.
Azərbaycan dünyada ən çox əlifba islahatı aparan, ən intensiv ortoqrafiya dəyişikliyinə imza atan ölkədir. Onların hələ V əsrdə istifadə etdikləri Qafqaz Albaniyasına məxsus əlifbaları mövcud olmuş, sonralar ərəb qrafikalı əlifbaya keçid etmişlər. XIX əsrin yetmişinci illərində böyük mütəfəkirləri M.F. Axundov əlifba islahatı haqqında layihə hazırlamış, XX yüzilliyin əvvəllərində görkəmli maarifçiləri islahatın zəruriliyi haqqında müzakirələr aparmışdır. Nəhayət onlar 1922- ci ildə yeni əlifbaya keçid haqqında qərar vermişlər. 1922-1929-cu illərdə tədricən latın qrafikalı əlifbaya keçid edə bilmiş, 1939-cu ildə isə kril qrafikalı Azərbaycan əlifbası rəsmən qəbul olunmuş, 1957- ci ildə əsaslı dəyişikliklərlə yeni əlifbaya müraciət etmişlər. Daha sonra 1991-ci ildə əlifba islahatı aparmışlar. Əlifba dəyişdirmək ənənəsindən yararlanan yeni nəsil ziyalıları müvafiq olaraq 2001, 2004, 2013 və 2019-cu illərdə təzə ortoqrafiya qaydaları nümunəsi qəbul edib. Müqayisə üçün onların qonşularının anoloji addımlarına nəzər salaq. Şimal qonşuları Rusiya bir dəfə XVII əsrdə əlifbalarına cüzi dəyişiklik etmiş, müvafiq olaraq 1966 və 2001-ci ildə yeni ortoqrafiya qaydaları tətbiq etmişlər.
Qərb qonşuları gürcülər qədim əlifbalarını yalnız bir dəfə 1860-cı ildə kosmetik dəyişikliklə islahata məruz qoymuşdur. Əslində bu yanaşma köklü əlifba islahatı yox, sadəcə ortoqrafik sadələşdirmə olub.
Əzəli Azərbaycan ərazilərində məskunlaşan, indi qərb qonşuları hesab olunan ermənilər əlifbalarının mövcudatı tarixində yalnız bir dəfə 1920-ci ildə ortoqrafik sadələşdirmə aparıb. Hətta hal-hazırki dönəmdə Avropa və Amerikada yaşayan ermənilər həmin ortoqrafik qaydaları qəbul etmir, öz yazışmalarını elə 1920-ci ilə qədərki formada davam etdirirlər.
Cənub qonşuları ərəb qrafikalı fars əlifbasında orta pəhləvi dönəmindən üzü bəri heç bir islahat aparmamışlar. Onlar da ermənilər və gürcülər kimi əlifbaya uzanan əlləri nəsillərarası tarixi rabitə qayçısı hesab edir.
Yeri gəlmişkən bir halda ki əcnəbi linqvistin Azərbaycan dilinin inkişaf tarixidən məlumatı var, o, mütləq fərqində olacaq ki, XI-XVl əsrdə bu coğrafiyada ərəb dilini bilməyən azərbaycanlının üzünə bütün qapılar bağlı olub. Eləcə də XVl-XVlll yüzilliklərdə Fars dili hakimi-mütləq olaraq elit dairələrin işlək ünsiyyət vasitəsi idi. XX əsrdə isə Azərbaycanda rus dilini bilməyənə yuxarıdan aşağı baxılıb. Sözsüz ki, ənənə XXl əsrdə də davam edir. İndi qeyri-rəsmi olaraq bu ölkədə ingilis dilini bilməyən vətəndaşın üzünə bir çox qapılar bağlıdır. Hətta ixtisas və sahə bilikləri səviyyəcə sıfırdan az fərqli olanlar orta səviyyədə ingilis dilində danışa bilirlərsə bu ölkədə müstəsna imtiyazlara sahiblənirlər.
Bəlkə də əlifba dəyişikliyi tariximizdən, ortoqrafik islahat ənənəmizdən məlumatlı olan əcnəbi azərbaycanşunas mütləq yaxın gələcəkdə yeni islahat dalğasının yetişdiyini vurğuluyacaq. Axı sonuncu hərf yazlışı qaydalarının tətbiqinin qanunla qəbul olunduğu tarixdən altı il ötür. Çox güman ki azərbaycanlılar bütün müasir əlifbaların kökündə duran yeni əlifba yaradıcısı finikiyalıların ruhunu narahat etməkdən məxsusi zövq alırlar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Avqust 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri