“Biz də ilk “üçlük” üçün mübarizə aparırıq” 1ci liqa təmsilçisi kənardan gələnləri gözləmədi
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Birinci liqa klubları da artıq qış toplanışına başlamaqdadı. Bu liqanın iddialıları deyəndə ilk növbədə ağla “Qəbələ”, “Karvan” və “İmişli” gəlsə də, “Zaqatala” da özünü bu sıraya qatmağa can atır.
Komandanın baş məşqçisi Rüstəm Məmmədov “Football-plus.az”a həm toplanış, həm də transferlərlə bağlı açıqlama verib:
“Yerli futbolçularla bir neçə gündü məşqlərə start vermişik. Amma Zaqataladan kənarda olanlarla yanvarın 10-dan etibarən kollektiv məşqlərə başlayacağıq. Nəzərimizdə iki və ya üç yoldaşlıq görüşü keçirmək var. Amma konkret anlaşdığımız klub yoxdu. Komandadan heç kim getməyib, çalışırıq ki, heyəti qoruyub saxlayaq. Əlavə oyunçu cəlb etmək də maliyyədən asılı olacaq. Klub rəhbərliyi bizə belə şərait yaratsa, hansısa transferə baxa bilərik. “Qəbələ”, “İmişli” və “Karvan” yaxşı və geniş komanda qurub. İmkanları var, çempionluq uğrunda mübarizə aparırlar. Biz də ilk “üçlük” üçün mübarizə aparırıq. Amma bizim də müəyyən qədər imkanlarımız var ki, ondan kənara çıxa bilmirik”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















