“Biz onlara finiş xəttini göstərdik” ABŞ dan Ukrayna üçün yeni sülh təşəbbüsü
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu həftəsonu Ukrayna ilə bağlı yeni sülh görüşləri keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər münaqişəyə son qoymaq üçün lazım olan addımlarla bağlı məlumatlandırılıb.
“Biz tərəfdaşlarımıza müharibənin dayandırılması üçün nələrin edilməli olduğunu göstərdik. Müharibəni dayandırmaq mümkündür – sadəcə, hər iki tərəf bununla razılaşmalıdır. Biz onlara irəliləyiş yolunu göstərdik, bu ideyaları müzakirə etdik. Dünən yaxşı bir görüş oldu”, – deyə Rubio bildirib.
ABŞ rəsmisi əlavə edib ki, həftəsonu yeni görüşlər planlaşdırılıb.
“Biz onlara finiş xəttini göstərdik. İndi hər iki tərəfin bu yolu qəbul etməsi lazımdır”, – Rubio əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Aprel 2025 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















