Icma.az
close
up
RU
Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başladı KONKRET

Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başladı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə başlayıb.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib.

Ramin Şükürovun vəkili Abbas Atakişiyev bildirib ki, cinayət işi ilə tanış deyil:

“Mənə cinayət işi ilə tanış olmaq üçün vaxt verilməsini istəyirəm”.

Hakim Fikrət Əliyev qeyd edib ki, Ramin Şükürovun həbs, Xalid Əzimov və Emil Nəbiyevin isə ev dustaqlığı qətimkan tədbirinin müddəti iyulun 3-də bitir və bunun uzadılması məsələsi müzakirəyə çıxarılıb.

Vəkil Ceyhun Yusifov vurğulayıb ki, Ramil Şükürov ağır ürək xəstəsidir:

O, məhkəmə zalına müalicə mərkəzindən gətirilib. Orada intensiv şəkildə müalicə alır. İyunun 23-də Mərkəzi Gömrük Hospitalında müayinədən keçib. Həmin sənədin işə əlavə edilməsini, öhdəliyində azyaşlı övladının olmasını nəzərə almağınızı xahiş edirik”.

Müdafiə tərəfi söyləyib ki, təqsirləndirilən şəxslər eyni maddələr üzrə ittiham olunurlar:

“Xaliq Əzimov və Emil Nəbiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin Ramil Şükürov həbs edilib. Müvəkkilimin həbsdə saxlanılması üçün əsas yoxdur. Öncə Ramil Şükürov barəsində ev dustaqlığı seçilsə də, sonradan istintaq orqanı həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verib. Ya şəxslərin hamısı barəsində ev dustaqlığı seçilməlidir, ya da həbs edilməlidirlər”.

Sonda təqsirləndirilən şəxslər barəsində olan qətimkan tədbirinin müddəti hazırlıq iclasının keçirilməsinə qədər uzadılıb.

Hazırlıq iclası iyulun 11-də davam etdiriləcək.

Qeyd edək ki, R.Şükürov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

Onların çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürov barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimov barəsində isə ev dustaqlığı qətimlan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri