Biz seçən üçün imkan yaradırdıq, seçilən üçün yox...
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Əminliklə deyə bilərəm ki, bu gün majoritar seçki sistemi təmsilçilik seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır.”
Bunu Milli Məcılisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda komitənin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi: “101-ci maddə ilə bağlı referendum keçirəndə bizi çox tənqid edirdilər. Bizim məntiqimiz və arqumentimiz isə sadə idi. Biz kimsəyə bir neçə dəfə seçilmək üçün imkan tanımırdıq. Biz seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Biz xalqa seçmək hüququ verirdik. Bu gün Prezident İlham Əliyev ən yüksək reytinqdədir. Nəticə onu göstərir ki, biz düzgün yolda olmuşuq”.
APA


