ATƏT sədri bu türk ölkələrinə gəlir
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 10-11 iyun tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi Asiyaya ilk səfəridir.
Səfərin məqsədi regionda ATƏT-in tərəfdaşlığını gücləndirməkdir.
"Səfər zamanı Finlandiyanın xarici işlər naziri Qazaxıstan və Özbəkistan rəhbərliyi, həmçinin ATƏT-in sahə missiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Valtonen həmçinin Daşkənddə universitetə baş çəkəcək və tələbələr qarşısında çıxış edəcək", - XİN-in məlumatında bildirilib.
Baxış sayı:78
Bu xəbər 09 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















