Rafinya: Mən fərdi mükafatlar üçün yox, klub üçün, rənglərimiz üçün oynayıram”
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Barselona"nın futbolçusu Rafinya "Qızıl top"la bağlı sualı cavablandırıb. Sport24.az xarici xəbər verir ki, 28 yaşlı hücumçu adı çəkilən mükafata əsas namizədlərdən biri hesab edilsə də, buna çox da əhəmiyyət vermədiyini söyləyib:
"Məqsədim bu mövsüm "Barselona" ilə mümkün qədər çox kubok qazanmaqdır. Mən fərdi mükafatlar üçün yox, klub üçün, rənglərimiz üçün oynayıram".
Braziliyalı futbolçu UEFA Çempionlar Liqasında növbəti dəfə adından söz etdirib. O, 1/8 final mərhələsinin "Benfika" ilə cavab oyununda iki qol vuraraq matçının (3:1) qəhrəmanlarından biri olub.
Qeyd edək ki, Rafinya bu mövsüm Çempionlar Liqasının bombardirlər cədvəlinə 11 qol və 5 məhsuldar ötürmə ilə başçılıq edir.
Baxış sayı:80
Bu xəbər 12 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















