Icma.az
close
up
RU
Biz səsimizi bütün dünyaya duyurmağa davam edəcəyik Gənc diplomat

Biz səsimizi bütün dünyaya duyurmağa davam edəcəyik Gənc diplomat

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyada Beynəlxalq Münasibətlər və Siyasi Elmlər üzrə təhsil alan gənc diplomat Səkinə Qəhrəmanova Qərbi Azərbaycan mövzusunda fikirlərini bölüşüb. "Yeni Azərbaycan" xəbər verir ki, bu çıxışı etməkdə onun məqsədi, Qərbi Azərbaycanın tarixi, oradan deportasiya olunmuş azərbaycanlıların hüquqları və doğma yurdlarına qayıdış arzusu haqqında məlumatları ictimaiyyətlə bölüşməkdir:

"Qərbi Azərbaycan, indiki Ermənistan Respublikasının ərazisində yerləşən və əsrlər boyu azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkan olub, zəngin mədəni irsi, tarixi abidələri və ənənələri ilə tanınır. Lakin XX əsrdə azərbaycanlıların bu torpaqlardan kütləvi şəkildə deportasiya edilməsi nəticəsində, bölgənin demoqrafik tərkibi dəyişdirilmiş və azərbaycanlılar öz doğma yurdlarından məhrum edilib.

Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası üç əsas mərhələdə həyata keçirilib:

- Birinci mərhələ (1905–1920-ci illər): Bu dövrdə erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyası ilə azərbaycanlılara qarşı zorakılıqlar və qətliamlar törədilmiş, nəticədə minlərlə azərbaycanlı öz yurdlarını tərk etmək məcburiyyətində qalmışdır.

- İkinci mərhələ (1948–1953-cü illər): SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq, Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi həyata keçirilib. Bu proses zamanı minlərlə insan doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb.

- Üçüncü mərhələ (1988–1992-ci illər): Ermənistanın milli siyasəti nəticəsində, azərbaycanlılar yenidən kütləvi şəkildə deportasiya olunmuş və bu dəfə öz doğma torpaqlarından birdəfəlik məhrum edilib.

Deportasiya olunmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların doğma yurdlarına qayıdışını təmin etmək məqsədi ilə Qərbi Azərbaycan İcması yaradılıb. İcma, deportasiya qurbanlarının hüquqlarının bərpası və mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərir. 2022-ci il avqustun 3-də İctimai Birliyin ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilmiş və yeni nizamnaməsi təsdiq olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Qərbi Azərbaycan mövzusuna toxunmuş və bu məsələnin əhəmiyyətini vurğulayıb. O, Qərbi azərbaycanlıların öz doğma torpaqlarını heç zaman unutmadıqlarını və bu torpaqlara qayıdışın tarixi ədalətin bərpası baxımından vacib olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib: “Qərbi azərbaycanlılar heç zaman öz doğma torpaqlarını unutmayıblar. Böyük Azərbaycan xalqının bir hissəsi olaraq biz öz kiçik vətənimizin həsrətini həmişə çəkmişik.”

Qərbi Azərbaycan, azərbaycanlıların tarixi və mədəni irsinin ayrılmaz bir parçasıdır. Deportasiya olunmuş azərbaycanlıların doğma yurdlarına qayıdışı, tarixi ədalətin bərpası və bölgədə sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

O, həmçinin bu istiqamətdə atılan addımlar və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qayıdış prosesinin reallaşmasına ümid verdiyini də vurğulayıb: "Mən, azərbaycanlı gənc diplomat olaraq bu çağırışı etməklə sizi əmin edirəm ki, heç bir güc bizim keçmişimizi silə bilməz. Qərbi Azərbaycan, yalnız tarixin yaddaşı deyil, həm də bizim gələcəyimizin təməlidir. Biz, haqqımızı qorumağa, ədaləti bərpa etməyə və səsimizi bütün dünyaya duyurmağa davam edəcəyik. Bu, hər bir azərbaycanlının, yurdumun hər bir vətəndaşının haqqıdır. Hədəfimiz tarixi həqiqətləri üzə çıxarmaqla yanaşı, haqq-ədalətin bərpası və tarixi torpaqlarımıza qayıdışdır. Bu qayıdışın vaxtı isə uzaqda deyil. Qərbi Azərbaycan heç bir güc tərəfindən silinməyəcək. Bu mübarizə, haqqın qələbəsi ilə sona çatacaq. Səsimizi yüksəldəcəyik və haqqımızı tanıdacağıq".

Havar Şəfiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri