Icma.az
close
up
RU
ASAN xidmət in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirilib FOTOLAR

ASAN xidmət in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirilib FOTOLAR

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyunlar hazırlaması və layihələrini təqdim etmələridir. Eyni zamanda onların qlobal bazara çıxışla bağlı təcrübə qazanmalarına və yeni startap təşəbbüsləri formalaşdırmalarına dəstək hədəflənib. Bu prosesdə iştirakçılar komanda işi, layihə təqdimatı və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, yaradıcı yanaşmalarını da gücləndirərək yeni oyun konsepsiyaları hazırlayıblar. Həmçinin onlar sektor mütəxəssislərindən şəbəkələşmə və karyera inkişafı üçün faydalı tövsiyələr əldə ediblər.
Düşərgəyə ümumilikdə 28 komanda və 134 fərdi müraciət olmaqla 238 nəfər qatılıb. Seçilmiş 100 iştirakçıya iki həftə ərzində data əsaslı oyun marketinqi və yayım proseslərinə dair iki ayrı təlim keçirilib.
Üç gün davam edən düşərgədə qəbul mərhələlərini tamamlayan iştirakçılar fərdi və ya komanda şəklində iştirak ediblər. Onlara oyun hazırlığında istifadə olunan müasir proqramlar, oyun inkişafının müxtəlif mərhələləri və sektor üzrə karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət nümayəndələri və oyun dizaynerləri motivasiya xarakterli təcrübələrini bölüşüblər.
Düşərgə müddətində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Bilişim Vadisi”nin baş icraçı direktoru Erkam Tüzgen komanda işlərini izləyərək iştirakçılarla görüşüblər.
Yekunda 19 komanda hazırladıqları oyunları münsiflər heyətinə təqdim ediblər. Potensiallı hesab olunan “Untitle Game Studio”, “Neecro Projects” və “Voyagers” komandaları ilk üçlükdə qərarlaşıblar. “Rital Interactive” isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. Qalib komandalarla investisiya görüşləri davam etdiriləcək və onlara mentor dəstəyi veriləcək. Bütün komandalara isə "DIGIAGE" tərəfindən mentorluq dəstəyi davam etdiriləcək.
2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 500-dən çox müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. Ümumilikdə 60-dan çox komanda düşərgələrdə yer alıb və bir çox komanda investisiya və mentorluq qiymətləndirməsinə cəlb olunub.
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd texnoloji bacarıqların inkişaf etdirilməsi, təlimlərin təşkili və ölkədə innovativ həllərin tətbiqinə dəstək verməkdir. Həmçinin hakaton və butkamp modeli əsasında birgə layihələrin hazırlanması prioritetdir.





AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri