“Biz uşaq bağçası idarə etmirik, müəllimlərlə işləyirik...”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Kimsə həyəcanlanırsa, biz ona ikinci şans vermirik ki, ikinci dəfə bir də həyəcanlanmasın”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“Biz uşaq bağçası idarə etmirik. Biz müəllimlərlə işləyirik və çalışırıq ki, nəticələr yaxşı olsun.
İmtahan zamanı hər şeyi müşahidə edə bilirik ki, müəllim hansı suala baxır, nə işlə məşğuldur, hansı sualda hansı cavabı seçdi və neçə dəqiqə baxdı. Biz bunların hamısını bilirik. Çətin suallar 1-2 dənə ola bilər”.
Nazir, həmçinin əlavə edib ki, həftədə 1-2 saat məktəbə gəlib-gedən adama müəllim demək düzgün deyil: “Müəllim sözünü məllim, qrup sözünü qurup kimi yazan şəxsləri məktəbdən uzaqlaşdırmaq istəyirik”.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 İyul 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















