“Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq” Hakan Fidan
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir".
"Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.
Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın cənubunda baş verənləri yaxından izləyir: "Suriyanın cənub bölgəsində məsələ son dərəcə vacibdir. Hazırda bu, bəlkə də ən böyük risk sahəmizdir.
İsrailin iştirakından irəli gələn bir risk sahəsi var və həmin sahəni çox yaxşı idarə etmək lazımdır. Çünki bu, özü ilə daha böyük risklər gətirə bilər. Bu həmçinin, İraqın və İordaniyanın təhlükəsizliyi üçün vacibdir. Biz bunun dialoq, sülh və konsensus vasitəsilə baş verməsini təşviq edirik".
Nazir əlavə edib ki, Suriyadakı PYD/YPG terrorçu qruplaşmaları İsraildən dəstək alır: "Bu həmişə belə olub. İdeoloji mübarizə aparırsansa, siyasətlə məşğul olmalısan. Yolunuza silahla davam etsəniz, qarşılığında silahla qarşılaşacaqsınız".
Rusiya-Ukrayna müharibəsi barədə danışan Hakan Fidan əlavə edib ki, iki ölkə arasında sülh sazişinin bəzi maddələri referendum yolu ilə həll oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Dekabr 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















