Icma.az
close
up
RU
Bizdə insanlar ehsan verilməyəndə narazı qalıb, dedi qodu edirlər Yas mərasimində ehsan vermək qadağan edilir?

Bizdə insanlar ehsan verilməyəndə narazı qalıb, dedi qodu edirlər Yas mərasimində ehsan vermək qadağan edilir?

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bu problem bizim hamımızın, cəmiyyətimizin, həmvətənlərimizin yaralı yeridir. Hamımız deyirik ki, yas yerini sadələşdirək, israfdan uzaq qalaq, ama heç birimiz bunu etmirik. Yas mərasimlərində süfrələrin toy süfrələri kimi təmtəraqlı qurulması, bahalı yeməklərlə bəzədilməsi, israfçılıq və nümayiş xarakteri daşıması İslam dininin əsas prinsiplərinə ziddir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, dinimizdə əsas qayda budur: ölüm qarşısında təvazökarlıq, ibadət və dua ilə davranmaq lazımdır, nümayiş, riya və israf isə qadağandır:
"Yas yerinə getməkdə əsas məqsədimiz dünyasını dəyişmiş şəxsin yaxınlarına baş sağlığı vermək, onların dərdinə təsəlli olmaq, onlara səbr diləmək, dünyasını dəyişən şəxs üçün dua edib axirətinin gözəl olmasını istəməkdir. Qurani-Kərimə baxdıqda görürük ki,  israfçılıq açıq şəkildə qadağan edilir: “İsraf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz.”(Əraf surəsi, 31) “Əlini boynuna bağlama, tam da açıb israf da etmə. Çünki sən sonra danlanar və peşman olarsan.”(İsra surəsi, 29)".
İlahiyyatçının sözlərinə görə bu ayələr israfçılığı ümumi şəkildə haram edir:
"Bizə israfdan uzaq dırmağımızı bildirir. Yas mərasimlərində edilən artıq xərclər və süfrələrin təmtəraqlı hazırlanması bu israfın bir növü hesab edilir ki, biz hamımız bunu şəriətin əksinə olaraq edirik. Peyğəmbərimizin həyatında və hədislərində belə bir davranış nümunəsi yoxdur. Əksinə, o, yas mərasimlərində ölən şəxsin yaxınlarının yemək bişirməsini deyil, onlara yemək aparılmasını tövsiyə etmişdir: “Cəfər ailəsi üçün yemək hazırlayın. Çünki onların başını qarışdıran (acılıq verən) bir şey baş verib.”(İbn Məcə, Cənazə, 6)Bu hədis açıq şəkildə göstərir ki, ölənin ailəsi üçün süfrə açmaq yox, onlara kömək etmək tövsiyə olunur. Bizdə isə ölənin ailəsi həm dərd çəkir, həm də borca girib camaatı yedizdirir. Bu, dinin ruhuna tam ziddir.
İslam alimlərinin böyük əksəriyyəti - xüsusən Hənəfi, Şafei və Hənbəli məzhəblərində - yas mərasimlərində yemək verilməsini məkruh (bəyənilməz) hesab ediblər.
İmam Nəvəvi belə deyir: “Yas mərasimlərində ölən şəxsin evində yemək verilməsi məkruhdur. Çünki bu, səhabələrin zamanında adət deyildi və sonradan xurafat və israfa çevrilmişdir.”
İbn Qudamə əl-Məqdisi (rahiməhullah) belə yazır: “Məşhur fiqh alimləri arasında bu mövzuda ixtilaf yoxdur: Yas evində yemək vermək bidətdir. Əgər təmtəraqlı və nümayişlidirsa, bu, haram həddinə qədər çata bilər.”
(əl-Muğni, c. 2)
Bizdə insanlar ehsan verməyəndə narazı qalırlar, dedi qodu edirlər ki, filankəs doğmasının yasında ehsan vermədi, süfrəyə heç nə qoymadı, ac gəldik və.s. Yadınızdadırsa bu yaxınlarda bir hadisə də olmuşdu. Rayonların birində yas məclisində bir şəxs yasda yemək yemədiyinə görə gedib mərhumun baş daşını dağıtmışdı. Bu cəhalətdən və xurafatdan başqa bir şey deyil. Həm də hər kəs istəyir ki, öz dünyasını dəyişmiş doğmasını son mənzilə yaxşı yola salsın, insanların qınağına səbəb olmasın. 
Yas bir qəm-qüssə və ibadət vaxtıdır. İnsanlar ölən üçün dua etməli, Quran oxumalı, sədəqə verməli, ona rəhmət diləməlidirlər. Lakin süfrələrin toy süfrəsinə bənzədilməsi bu məqamı unudaraq, tədbir və ziyafətə çevrilmiş olur. Bu da ölənin ruhuna hörmətsizlikdir.
İnsanların "el içində biabır olmamaq" üçün borc içində süfrə açmaları, kimin neçə növ yemək verdiyini müzakirə etmələri, hətta yemək çatmayanda dava-dalaş çıxması İslamla uzlaşmır.
Yas mərasimində sadə çay və halva kifayət edir.
İstəyən insanlar Quran oxuyar, dua edər, ölənin ruhuna salavat və Yasin surəsi bağışlayar.
Maddi durumu olanlar ölən şəxsin ruhuna sədəqə verə bilər, yetimə, kasıba yardım edə bilər. Ölən şəxsin borcunun ödənilməsinə kömək edə bilər və.s.
Bir sözlə yas süfrələrinin təmtəraqlı, toy süfrəsinə bənzər şəkildə qurulmasının Quranda əsası yoxdur, Peyğəmbər (s) sünnəsinə ziddir, alimlərin ittifaqla qəbul etdiyi bir bidət və israf formasıdır. Bu adət-ənənə deyil, xurafatdır və dini deformasiya edir. İslami baxımdan bu hal çox ciddi tənqid olunur və dəyişdirilməsi vacibdir".
Qeyd edək ki, artıq bir neçə bölgədə ehsan süfrəsi açmaq qadağan edilib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri