Bizə ölümün adamları deyirlər... Məşhur seneqallı şairdən şeir
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün seneqallı şair, siyasətçi Leopold Sedar Senqhorun doğum günüdür.
Kulis.az onun məşhur "Maskalara dua" şeirini təqdim edir.
Maskalar! Ey maskalar!
Qara maska, qırmızı maska, siz ey ağ-qara maskalar,
Ruhun nəfəs aldığı dördbucaq maskalar,
Sizi sükut içində salamlayıram!
Və səni də, bəbir başlı əcdadım...
Sən qoruyursan qadın gülüşünə,
hər bir fani təbəssümə qapalı olan bu məkanı...
Sən saflaşdırırsan əbədiyyət havasını
atalarımın nəfəsini aldığım bu yerdə.
Maskasız çöhrələrin maskaları,
qırışlardan və çuxurlardan azad olanlar...
Siz yaratmısınız bu surəti, ağ vərəqin mehrabı önünə
əyilən üzümü.
Öz surətinizin naminə, eşidin məni!
İndi ki, despotizmin Afrikası can verir –
acınacaqlı bir şahzadənin can çəkişməsidir bu...
Eynən göbək bağı ilə bağlı olduğu Avropa kimi.
İndi çevirin hərəkətsiz gözlərinizi
çağırışa gələn övladlarınıza tərəf!
Onlar ki fəda edirlər həyatlarını
yoxsulun son libasını verdiyi tək...
Təki bundan belə dünyanın yenidən doğuluşunda
“buradayıq” deyə hayqıraq, ağ unun möhtac olduğu maya tək.
Çünki başqa kim ritm öyrədə bilər
maşınlardan və toplardan ölmüş bu dünyaya?
Başqa kim sevinc nidası qopara bilər ki,
ölüləri və müdrikləri yeni şəfəqdə oyatmaq üçün?
Söyləyin, ümidi param-parça olmuş insanlara
daha kim qaytara bilər həyatın yaddaşını?
Bizə "pambıqbaşlar" "qəhvə adamları" və "neft adamları" deyirlər,
Bizə "ölümün adamları" deyirlər...
Lakin biz "rəqsin adamları"yıq,
ayaqları yalnız sərt torpağı döydükcə güc alan kəslərik...
Türk dilindən sətri tərcümə: Aydan Ağayeva
ADMİU-nun tələbələrini təhqir edən şəxslərə xəbərdarlıq edildi Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















