Icma.az
close
up
RU
Bizi məhkəmə ilə hədələdi ki, yerimi anama deməyin

Bizi məhkəmə ilə hədələdi ki, yerimi anama deməyin

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"2011-ci ildə yaşlı bir ana gəlmişdi ki, 16 ildir oğlumu axtarıram. Ən çətin axtarışlarımdan biri idi. Ona 2014-cü ildə xəbər verə bildim. Rusiyada ucqar bir qəsəbəyə getmişdi. Orada yalnız o azərbaycanlı idi. Dedim ki, anan səni axtarır. O da cavab verdi ki, mən özüm özümü itirmişəm. Bilmədim, gülüm, ya ağlayım". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günə bax" verilişində deyib. O, aparıcısı olduğu proqramda qarşılaşdığı ən çətin axtarışlardan söz açıb:

"Həmin şəxsə söylədim ki, sən o ananın tək övladısan, necə özünü itirə bilərsən? Bildirdi ki, özüm etmişəm, onu görmək istəmirəm. Cavab verdim ki, bəs, gedib indi anana nə deyim? Söylədi ki, "sizdən bir xahişim var, anama deyin ki, tapmadım. Qoy, o ümidlə yaşasın. Tapdım, gəlmədi desəz, o qadın öləcək". Bu günə qədər məni maraqlandıran odur ki, səbəb nə idi ki, o oğlan özünü itirmişdi. Niyəsini demədi. Qadın ölən günə qədər bunu bilmədi. Bu gün də düşünürəm ki, deməməklə doğru etdim? Gərək deyərdim? Çünki ana oğlunu görmədən getdi. Doğru etdim, ya yanlış, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm".

Xoşqədəm bəzi axtarışlardan sonra psixoloqa müraciət etdiyi vurğulayıb:

"Həmin hadisə ilə bağlı psixolaqa da getdim. Son dönəmlər çox pis olmuşdum. O da dedi ki, "sən əslində yaxşı etmisən. O qadına bunu desən, həmin xəbərdən öləcəkdi. Bəlkə də bir ümidlə gedib ki, oğlu sağdır, onu sevir". Çox az sayda belə talelər olub ki, çəkilişlərdən sonra psixoloqlardan kömək almışam. Həqiqətən bir neçə insan olub ki, tapmışıq, bizə deyiblər ki, özümüz itmişik. Hətta biri məni məhkəmə ilə hədələdi. Dedi ki, yerimi deməyin, yoxsa sizi məhkəməyə verəcəyəm, məni tapmamısınız. O adamın şəkli illərlə efirdə getdi, halbuki tapmışdıq. Anası rahat olsun deyə, belə etdik. O talelərə baxanda şükür edirəm. Həyat qısadır, bir-biriniz sevin. Qısqanclıq, paxıllıqdan uzaq olun".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see118

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Çaki öldü

29 May 2025 00:07see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see111

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri