Icma.az
close
up
RU
Bizi musiqi ilə döyməyin!

Bizi musiqi ilə döyməyin!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Allah uzaq eləsin, son zamanlar bilmirəm havadandır, sudandır, ya qidalarımızdandır, karlaşma kütləvi şəkildə baş alıb gedir. İnanın ki, xərçəng xəstəliyi qədər yayılıb. Adamın ürəyi yanır, baxırsan ki, əsasən gənc insanlardır, bu dərdə mübtəla olublar. Elə xərçəng kimi, bu qüsur da cavan, qoca tanımır, kimi harada gəldi yaxalayır, vallah. Amma cavanlaşma daha çoxdur. Bəlkə də söhbətim qəribənizə gələr. Amma gözümlə görüb, qulağımla eşitməsəydim, mən də sizlər kimi bu mövzuda söhbətə məəttəl qalardım.

Son zamanlar bu cür qüsuru yaşayan insanlarla bağlı qarşılaşdığın mənzərələr haqqında danışım, siz də qulaq asın. Məsələn, oturmusan iş yerində-otaqda. Birdən hiss edirsən ki, başına musiqili bir zərbə enir. Bu səs haradan gəlir, ora çönürsən, bura çönürsən, haradan gələcək, bayırdan. Maşınlar bir-bir pəncərənin altından keçdikçə musiqilər də dəyişir. Yəni otaqda oturanların hər birinin zövqünə uyğun. Ta bir gün ərzində o janrda musiqi qalmır ki, dinləməyəsən. “Nəyi pisdir ki, əslində bunun? İnsanın beyni təzələnər də”,- deyərsiniz. Bəli, elədir, lakin səsi bir qədər alçaqdan olsa, hə, siz deyəndir. Amma mən musiqili zərbədən danışıram axı: gup, gup, gup...

Nə deyim bu yaza, yenə gəldi çıxdı. Yenə pəncərələr bağlı olanda bu musiqili zərbə idi ey. Elə ki, pəncərələri istidən açmaq məcburiyyətində qalırsan, musiqili müharibə başlayır. Elə bir üstünə artilleriya yeriyir, sadəcə bu artılleriya musiqili artilleriyadır.

Həmçinin də küçədə. Sakitcə yol ilə getdiyin yerdə elə bir musiqili bir silahla sənə atəş açırlar. İnanın, inanın da deyirəm, bəlkə hələ rastlaşanlar da olub, qorxub bir tərəfə çəkilirsən ki, gələn bu təhlükədən özünü müdafiə edəsən. Elə hiss edirsən ki, maşın bu dəqiqə partlayacaq, parçaları üstünə töküləcək.

Vallah, sözün həqiqi mənasında, adam ürək ağrısı yaşayır. İnsanlar axı nə üçün kütləvi şəkildə bu fiziki qüsura məruz qalırlar. Görəsən hansısa genetik modifikasiya olunmuş məhsulun təsiridirmi, yoxsa mənəvi modifikasiyadır, nədirsə, karlaşma gündən-günə çoxalır. Axı kar insanlar elə bilirlər ki, ətrafda onları eşitmirlər, ona görə də ucadan danışırlar. Elə maşınlardan çıxan bu musiqi səsləri yox, musiqili zərbələr də maşındakı kar insanın düşüncəsindən doğur. Vallah kar olmayasan, belə səsli maşında əyləşəsən, adamın başına hava gələr. Hələ bəzən həmin maşınların içərisi dolu da olur gənclərlə. Düşünürsən ki, vay, bax, bu yazıqların hamısı fiziki qüsur qazananlardır. Amma bir məsələyə tamamilə əminəm ki, belələri anadangəlmə kar deyillər, bu qüsuru sonradan, yenə deyirəm hansı səbəbdənsə qazananlardır. Allah köməkləri olsun.

Ancaq nə olar, bizi musiqi ilə döyməyin!

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri