Icma.az
close
up
RU
İslam hüququna görə ateisti döyməyin cəzası nədir?

İslam hüququna görə ateisti döyməyin cəzası nədir?

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


"İslam hüququna (şəriətə) görə məhkəmə və ya dövlət rəsmi orqanlarının qərarı olmadan, özbaşına şəkildə bir ateisti və ya hər hansı başqa bir şəxsi döymək yaxud cəzalandırmaq qəti şəkildə haramdır və böyük günah hesab olunur. İslam fiqhində bu məsələ ilə bağlı əsas qaydalar var".
Newscenter.az xəbər verir ki, bunları ilahiyyatçı alim Tural İrfan deyib. O bildirib ki, özbaşınalıq qadağandır:
"İslamda cəza vermək, mühakimə etmək və qanunları tətbiq etmək səlahiyyəti fərdlərə deyil, yalnız qanuni dövlət rəhbərliyinə və məhkəmə orqanlarına məxsusdur. Hər hansı bir şəxsin özbaşına şəkildə "şəriəti tətbiq edirəm" və ya "dini qoruyuram" bəhanəsi ilə cəza icra etməsi İslam hüququna görə xaos, fitnə və anarxiya yaratmaq cəhdi ilə yanaşı mövcud dövlət sisteminin qanunlarına və quruluşuna qarşı çıxmaqdır. Şəriətdə anarxiya törətmək isə ən ağır fəsadlardan biridir. Hətta İslam dövlətində bir şəxsin dindən çıxması, mürtəd olması və ya inkarı ilə bağlı şəri bir hökm tətbiq olunmalı olsa belə, bu mütləq şəkildə rəsmi məhkəmə araşdırmasından, şahidlərin dinlənilməsindən və müttəhimə özünü müdafiə etmək, tövbə etmək şansı verilməsindən sonra, yalnız hakim tərəfindən icra edilə bilər".
O qeyd edib ki, fərdlərin küçədə özbaşına hökm çıxarıb kimisə cəzalandırmaq hüququ yoxdur:
"Əgər bu baş verirsə, icraçılar və dəstəkçilər dövlət çevrilişinə cəhd etmiş, mövcud dövlət qanunlarını tapdalanmış sayılır. Əgər bir müsəlman məhkəməsiz və səlahiyyəti olmadan bir ateisti döyərsə, İslam hüququna görə cinayət törətmiş sayılır. Həmin şəxsin özünə qarşı qisas və ya diyyə, yəni təzminat davası açılmalıdır. Döydüyü şəxsə vurduğu bədəni xəsarətlərə görə (göyərmə, qanama, sümük sınması və s.) şəriətə uyğun olaraq maddi təzminat (diyyə) ödəməli və ya dövlət tərəfindən cəzalandırılmalıdır. Dövlət hakimiyyəti cəmiyyətdə intizamsızlıq və özbaşınalıq etdiyinə görə həmin müsəlmanı həbs və ya digər müxtəlif cəzalara məhkum edə bilər. İslam alimlərinin yekdil rəyinə (buna icma deyilir) görə, fərdlərin dövlət və məhkəmə funksiyalarını öz üzərinə götürməsi yolverilməzdir və bu növ hərəkətlər İslamın ədalət və asayiş prinsiplərinə tamamilə ziddir".
Tural İrfan, "Əgər Azərbaycanda hansısa dini toplum və ya şəxslər məzhəb və ya din şəriətinə əsaslanaraq, müvafiq dövlət qurumlarına, məhkəmələrinə müraciət etməyi məqbul saymayaraq qanunazidd, hüquqazidd əməllər törədərsə bu, həm dini cəhətdən haram və cinayətdir həm də dövlətə qarşı çıxmaqdır",-deyə vurğulayıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri