Icma.az
close
up
RU
“Bizi ölümdən o erməni xilas etdi, övladlarımı qatarın yük qoyulan yerində gətirdim” ÖZƏL

“Bizi ölümdən o erməni xilas etdi, övladlarımı qatarın yük qoyulan yerində gətirdim” ÖZƏL

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Ermənilər əsrlər boyu bizə qarşı məkrli siyasət yürüdüblər. Elə buna görə də doğma dədə-baba yurdumuz olan İrəvandan bizi didərgin saldılar. Onların əsas məqsədi də o torpaqları alıb təmizləmək, sırf erməniləşdirmək, Azərbaycanın bir parçasını qopartmaq idi. 1987-ci ildən İrəvanda artıq mitinqlər başlamışdı. Əsrin əvvəlində onlar artıq Ermənistan dövlətini yaratdılar, İrəvan tamamilə zəbt olundu. 1988-ci ildə də bunun davamı gəldi. Öncə Sumqayıtda olan erməniləri qırmağı qarşılarına məqsəd qoydular. Biz də tərs kimi həmin günə təsadüf etdik. Həmin gecənin səhəri ermənilər Qərbi Azərbaycanda nə qədər rayonlar varsa, hamısının sakinlərini döyüb-öldürüb kəndlərinə yola salırdılar”

Bunu Moderator.az -a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktrisası Səmayə İsmayılova deyib. O daha sonra əlavə edib:

“Həmin gün yoldaşımla yas mərasimindən gəlirdik. Elektrik qatarında idik, gecə saat 11 idi. Gəlib düşdük öz rayonumuzun vağzalında. Ermənilər soruşdular ki, hara gedirsiniz? Dedik ki, Hollavara gedirik. Yoldaşım da məndən bir az qabaqda idi. Soruşdular ki, sən türksən? Dedim ki, bəli, lap yekəsindən. Bu sözü deyəndə ermənilərin hamısı üstümə töküldü. Orada 100 adam var idi bəlkə də. Ona kimi həyat yoldaşım da yanıma gəldi. Dedi ki, bu mənim xanımımdır, siz neynirsiz? Yoldaşım gələndə onlar arxaya çəkildilər. Həmin anda bir erməni mənim qolumdan elə tutdu ki.. Özümdən biixtiyar olaraq elə qışqırdım ki.. Nə yerdəydim, nə də göydə.. Qolumdan tutan həmin erməni öz dilimizdə mənə dedi ki, sən burada neynirsən köpək qızı? Birdən baxdım ki, bu mənim atamın o vaxtkı dostu Kal Vazgendir.. Sən demə o vağzalda taksi sürürdü.. Dedim ki, yoldaşım qaldı, ona birdən nəsə edərlər.. Dedi ki, narahat olma, yoldaşım erməni dilində təmiz danışır, ona heç nə etməyəcəklər. Dedi ki, sən otur taksidə, qapını bağla, heç kimə açma, mən gedim yoldaşını gətirim. Gedib yoldaşımı da gətirdi.. O bizi ölümdən xilas etdi. Atamın, anamın ona verdiyi çörək qabağımıza gəldi. O vaxt 1915-1918-ci ildə erməni-müsəlman davası olanda, türklər gələndə onun anasını, bacısını, bu da qucaqlarında körpə olub, onu mənim rəhmətlik babam mağarda gizlədib, saxlayıb. Türklər gedəndən sonra onları üzə çıxarıb. O bəladan biz elə qurtardıq. Sonra İrəvandan Bakıya gəlməli idik. Uşaqlar da yanımızda idi. İrəvanda da hara gedirdiksə hərbçilər bizi müşahidə edirdilər. Martın 18-i günü idi. Bayram axşamı bütün azərbaycanlıların qapısına elanlar yapışdırdılar ki, rədd olun gedin, getməsəniz sizi yandıracağıq. Bizə polislər dedilər ki, yük-falan götürməyin, uşaqlarınızın əlindən tutub gedin qatara, çıxın Bakıya. Təsəvvür edin gəlmişik vağzala, axırıncı qəpiyimizi verib bilet almışıq. Nə suyumuz var, nə də çörəyimiz. Bizi indi dərd alıb ki, o dəhlizdən necə keçəcəyik? Gəldik Naxçıvana, camaat gətirib bizə su, çörək verdi. Merliyə çatanda qatarı bir günə qoydular ki.. Daş-qaya, əllərinə nə keçirdisə qatarın üstündən tökürdülər. Uşaqlarımı qatarın alt hissəsində yük qoyulan yerdə gətirdim. Bakıya bu cür zülmlərlə gəldik. Sonra ara sakitləşdi, camaatın əksəriyyəti geri qayıtdı, biz də qayıtdıq. Qayıtmaz olaydıq. İnanın hər dəqiqəmiz ölüm idi. Butulkanın içinə neft qoyub, ağzına da pambıq tıxayıb həyətimizə atırdılar. Göz verirdilər, işıq vermirdilər. Ordan da bir zülmlə avtobuslarla yığıb gətirdilər Cəlilabadın düzünə tökdülər. Sonra gəlib Bakıya çıxdıq. Bakıya gələndə bizə xəbər verdilər ki, İrəvandakı evinizi yandırıblar. Mənim də əlimdə evin sənədləri var idi. Hansı ki, o erməni ilə evimi dəyişirdim, özü ilə getdim İrəvana. Erməni gəlib mənim evimi görəndə diz üstə yerə çökdü. Dedi ki, mən bilirdim ermənilər faşistdirlər, amma bu qədər qaniçən, zülmkar, şərəfsiz olduqlarını təsəvvür etmirdim. Dedi ki, məni yerimdən-yurdumdan edəni yurdsuz qalsın. Gül kimi Bakıda yaşayırdım. O kişi Azərbaycanın ən məşhur memarı idi. Mən o evdə yaşaya bilmədim. Çox hadisələr yaşandı gözümün qabağında. Bacı-qardaşı lüt edib dəmir qutunun içinə salırdılar. Mən baxa bilmirdim o görüntülərə.. Havalanmışdım. Vəhşi heyvanı qəfəsə saldıqları kimi azərbaycanlılara elə zülm verirdilər.. Nələr etmirdilər ki.. Allah bizim üzümüzə baxdı..Bizim kəndimiz elə yerdə idi ki.. Çıxmaq mümkün deyildi.. Zəlzələ olmasaydı ordan bir azərbaycanlı salamat çıxmayacaqdı. Getsin o günlər gəlməsin. Bu gün həmin günlər mənə nağıl kimi gəlir. Allah heç kimə yaşatmasın.. Nələr görmədik ki.. Mən ordan bir çöp də gətirmədim. Allahın bu gününə şükürlər olsun. Ona görə çalışın sağlamlığınızı qoruyun” deyə sənətkar bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri