Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bizi qarşıda daha da gözəl günlər, firavan həyat gözləyir

Bizi qarşıda daha da gözəl günlər, firavan həyat gözləyir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Böyük Qayıdış” proqramı mərhələ-mərhələ icra olunduqca hamı bunun şahidi olacaq


İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti-quruculuq, abadlıq işlərində davam edir. 2020-ci ilin 8 noyabrından sonra tarixi torpaqlarımıza yeni nəfəs, yeni ruh gəldi. 

Cənab Prezidentin imzaladığı “Böyük Qayıdış”, Dövlət Proqramına uyğun olaraq görülən işlər dədə-baba yurdlarından köçkün düşmüş soydaşlarımızın doğma ocaqlarına qayıdışını, məskunlaşmasını sürətləndirdi. İndiyədək Qarabağın bütün bölgələrində yüzlərlə ev tikilib, infrastruktur qurulub və sakinlər doğma evlərinə qayıdıblar. İcrası davam edən “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamın bəzi kəndləri də sakinlərini qəbul etməyə başlayıb. 


Mayın 10-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. 

Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb. Muğam Mərkəzinin açılışında çıxış edən Prezident İlham Əliyev ağdamlıları salamlayaraq qeyd edib ki, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə ağdamlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edir: “Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir”. Prezident bildirib ki, bu gün azad Qarabağda ağdamlılar qarşısında çıxış etmək böyük xoşbəxtlikdir: “Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə yeksan edib. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilib, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür”. Prezident xalqımızı təbrik edərək dedi: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün nailiyyətlər və gələcək nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq”.


“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri, əslən ağdamlı Vüqar Tofiqli “Şərq”ə açıqlamasında qeyd etdi ki, doğma şəhəri Ağdamın dirçəlməsi, doğma sakinlərini qəbul etməsindən böyük sevinc və qürur hissi keçirir: 

- Cənab Prezidentin  qətiyyətli addımları sayəsində Qarabağımız erməni separatçılarından azad edildi və dərhal da bu torpaqlarda quruculuq işlərinə başlanıldı. Həqiqətən də “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində nəhəng işlər həyata keçirilir. Cənab Prezidentin Ağdama səfəri isə ağdamlıların, bütün Qarabağ camaatının, el-obamızın sevincinə səbəb olub.  Cənab Prezident Muğam Mərkəzinin açılışında söylədiyi nitqlə lazım olan sözləri dedi, bəzi dairələrə də gərəkən mesajları verdi. Prezident vurğuladı ki, bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Həmin gün – mayın 10-da Ağdam dəmir yolu vağzalının açılışı da gerçəkləşib. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün gözəl imkanlar, şərait var artıq. Eyni zamanda, Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlanılıb və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Hamımıza məlumdur ki, Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, tələbələr təhsil alır, bu universitet bütün region üçün ali təhsil mərkəzi əhəmiyyəti daşıyır. Xankəndidə 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu qısaldan, insanların rahat gediş-gəlişini təmin edən bizim dövlətimizidir. Bunun sayəsində insanlarımız maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gedə biləcəklər. Cənab Prezident Ağdamda olarkən müjdəli daha bir xəbər də verdi. Bildirdi ki, Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində iş gedir hazırda. Bundan əlavə Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərlə bağlı da belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq. Ağdam-Bərdə avtomobil yolu açıqdır, işlək vəiyyətdədir. Bakıdan gələn qonaqlar o yolla hərəkət edirlər. Bu da möhtəşəm bir yoldur. Sovet vaxtında belə yolumuz olmamışdı. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası – bütün bu nəhəng işlər çox qısa bir müddətdə icra olunub. Birinci bərpa edilmiş ilk bina məhz Ağdam Cümə məscidi oldu. Hazırda Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib artıq. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır, yeni iş yerləri açılır, istehsal müəssisələri fəaliyyət göstərir artıq, insanların işlə təminatı üçün çalışılır və daha neçə-neçə belə irimiqyaslı, əhalinin rahatlığını nəzərdə tutan  layihələr hələ icra ediləcək. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, bəlkə də, dünyanın heç bir ölkəsində bu qədər nəhəng quruculuq işləri aparılmır, necə ki Azərbaycan dövləti Qarabağı, Şərqi Zəngəzuru dirçəldir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bütün bunlar dövlət-xalq birliyi hesabına qazanılan nailiyyətlərdir. Görünən budur ki, doğma torpaqlarda insanlar həvəslə, zövqlə işləyir. Bizi qarşıda daha da gözəl günlər, firavan həyat gözləyir. “Böyük Qayıdış” proqramı mərhələ-mərhələ icra olunduqca hamı bunun şahidi olacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri