Icma.az
close
up
RU
Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib

Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Prezident İlham Əliyevin iştirakı və çıxışı ilə Azərbaycan tarixində daha bir mühüm siyasi hadisə kimi yadda qaldı. Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış beynəlxalq ekspertlər, analitiklər, siyasətçilər və diplomatlar iştirak etdilər. Bu, artıq yeddinci belə tədbir idi və əlamətdar məqam ondan ibarətdir ki, bu kimi forumlar Azərbaycanı beynəlxalq miqyasda daha dərindən tanıtmaqla yanaşı, ölkənin regional və qlobal proseslərdəki artan rolunu nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışı həm daxili, həm də xarici siyasət prizmasından olduqca əhəmiyyətli məqamlarla zəngin idi. O, yalnız bugünkü Azərbaycanın reallıqlarını deyil, həm də Cənubi Qafqazda və ətraf regionlarda yeni bir siyasi-iqtisadi düzənin formalaşmasında ölkəmizin oynadığı mühüm rolu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Xüsusilə post-müharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Xankəndi və digər şəhərlərin Azərbaycan suverenliyinə tam bərpa edilməsi, ölkəmizin öz ərazi bütövlüyünü beynəlxalq dəstək olmadan təmin etməsi və bunun beynəlxalq hüquq müstəvisində yaratdığı unikal presedent çıxışın əsas vurğuları idi.

Forumda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 24 saatdan az çəkən antiterror tədbirləri nəticəsində tam bərpa etdiyini xüsusi vurğuladı. Bu, beynəlxalq hüquq tarixində nadir hallarda rast gəlinən bir presedentdir: bir ölkə xarici dəstək olmadan, yalnız öz siyasi iradəsi, güclü ordusu və xalqının birliyi hesabına otuz ildən çox davam etmiş bir işğala son qoyaraq suverenliyini tam təmin etmişdir. Bu fakt, Prezidentin sözləri ilə desək, “beynəlxalq ictimaiyyətin və ekspertlərin yerindəcə, o ərazilərə səfər etməklə reallığı görməsi” baxımından əhəmiyyətlidir. Xüsusilə forum iştirakçılarının Xankəndi şəhərinə etdiyi səfər simvolik və strateji məna daşıyırdı. Xankəndi uzun illər boyu erməni separatizminin mərkəzi olmuş, Ermənistanın dəstəklədiyi qondarma rejimin “paytaxtı” kimi təqdim edilirdi. Prezident çıxışında bu şəhərin adının “Xanın kəndi” olduğunu və onun Azərbaycan mənşəyini xüsusi olaraq qeyd etdi. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının “zaman bombası” funksiyası daşıdığını deyən İlham Əliyev bu qərarın uzunmüddətli fəsadlarına və beynəlxalq aktorların bu münaqişədən öz siyasi məqsədləri üçün istifadə etdiklərinə toxundu. Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri də Azərbaycanın geosiyasi mövqeyinin beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətinə dair fikirlər idi. Prezident qeyd etdi ki, Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu göstərmək üçün xəritəyə baxmaq kifayətdir. Azərbaycan yalnız Cənubi Qafqazın deyil, həm də Avrasiyanın geosiyasi, iqtisadi və nəqliyyat baxımından strateji mərkəzində yerləşir. Bu mövqe, Azərbaycanın həm Şərq, həm də Qərb ilə əlaqələrini dərinləşdirməsinə imkan verir. Hazırda Azərbaycan Avropa İttifaqının bir sıra üzv ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışdır. Eyni zamanda, ölkəmiz Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə də güclü siyasi və iqtisadi münasibətlər qurmuşdur. Prezident qeyd etdi ki, Mərkəzi Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayan Azərbaycan nəqliyyat, enerji və loqistika sahəsində böyük uğurlara imza atmışdır. Orta Dəhliz layihəsi çərçivəsində Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutları, Azərbaycanın dəniz limanı, gəmiqayırma zavodu və dəmir yollarına qoyulan investisiyalar, bu ölkəni regionda əsas logistik mərkəzə çevirib.

Forumun panel müzakirələrində çıxış edən beynəlxalq ekspertlər Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini yüksək qiymətləndirdilər. Xüsusilə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol, yeni nəqliyyat dəhlizləri və "yaşıl enerji" layihələri diqqət mərkəzində idi. Qeyd olundu ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir və yaşıl enerji gündəliyində irəliləyişə nail olmaq üçün konkret addımlar atır. Forum yalnız siyasi və iqtisadi məsələlərlə məhdudlaşmadı. Qlobal səviyyədə təhsil, elm, texnologiya və iqlim dəyişikliyi kimi problemlər də tədbirdə geniş şəkildə müzakirə olundu. ADA Universitetinin belə bir tədbirə ev sahibliyi etməsi isə təsadüfi deyil. Bu ali məktəb artıq neçə illərdir ki, Azərbaycanda və regionda intellektual mərkəz kimi tanınır, yeni ideyaların və beynəlxalq əməkdaşlığın təşviqi üçün önəmli platforma rolunu oynayır. Forumun yekununda iştirakçılar belə tədbirlərin beynəlxalq dialoqun güclənməsində əvəzsiz rol oynadığını vurğuladılar. Qəbul edilmiş qənaətlərdən biri də bu oldu ki, qarşıdakı illər yeni çağırışlarla yanaşı, həm də yeni imkanlar dövrü olacaq. Azərbaycanın isə bu prosesdə aktiv və təşəbbüskar mövqeyi, beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Forum sübut etdi ki, Azərbaycan öz inkişaf yolunu qlobal trendlər və çağırışlar fonunda cəsarətlə davam etdirir, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı dərinləşdirir və regionda sülhün, təhlükəsizliyin və rifahın təmin olunmasına töhfə verməkdə qərarlıdır. "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forum Azərbaycanın beynəlxalq siyasətdəki fəallığının və qlobal dialoqa verdiyi töhfənin parlaq nümunəsinə çevrildi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə Azərbaycanın gələcəyə baxışını və dünya düzəninin formalaşmasında oynadığı mühüm rolu bir daha təsdiqlədi.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri