Icma.az
close
up
RU
“Bizim kimi bu səhifəyə aldanan nə qədər insan var...”

“Bizim kimi bu səhifəyə aldanan nə qədər insan var...”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“TikTok” və instaqram üzərindən uşaq geyimlərinin satışını həyata keçirən “Lolo.kids.moda_” səhifəsi dələduzluqla məşğuldur”.

Bu barədə “Qafqazinfo”ya bir qrup vətəndaş müraciət edib.

Onların sözlərinə görə, səhifəni işlədən şəxslər ödənişi əvvəlcədən alsalar da, məhsulu çatdırmırlar: “Oktyabrın 29-u övladım üçün 105 manatlıq geyim sifarişi etmişdim. Evə vaxtında çatdırılması üçün mənə göndərilən kart hesabına əlavə ödəniş də etdim, lakin məhsul gecikdirildi. Mənə verdikləri nömrə ilə əlaqə saxladım. Bildirdilər ki, məhsul tez zamanda gələcək. Ancaq dedikləri kimi olmadı. Sifarişimin çatdırılması günlərlə yubandı. Hətta nömrəmi bloka da atdılar. Heç cürə əlaqə yarada bilmədim”.

Şikayətçilər bildiriblər ki, həmin səhifə tərəfindən aldadılan çoxsaylı insan var: “Bütün bu yaşadıqlarımızdan sonra bildik ki, səhifə dələduzluqla məşğuldur. Bizim kimi aldanan nə qədər insan var... Bu, “TikTok”da axtarış zamanı məlum olur. İnsanlar 100, 150, 200 və daha çox məbləğ itiriblər”.

Vətəndaşlar səhifənin daha öncə başqa adla fəaliyyət göstərdiyini sözlərinə əlavə ediblər: “İnsanların çoxu səhifənin dələduzluqla məşğul olduğunu biləndən sonra adını dəyişdilər ki, tanımasınlar. Pulumuzun qaytarılmasını istəyirik. Hər kəs məlumatlı olsun ki, onlayn alış-veriş zamanı belə səhifələrə aldanmasın”.

Məsələni aydınlaşdırmaq üçün qarşı tərəflə də əlaqə saxladıq. “Lolo.kids.Moda”dan saytımıza bildirildi ki, vəsaitlər kuryerin hesabına köçürülüb: “Kuryerlə yaşanan problemlərə görə çatdırılma olmayıb. Sifariş təhvil verilib, lakin o, çatdırılmanı etməyib. Biz də kuryer barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişik. Xəbər gözləyirik. Tez zamanda həll edəcəyik”.

Fidan Etibar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri