Icma.az
close
up
RU
Bizim mətbuat: nəyi, necə, nə üçün yazır...

Bizim mətbuat: nəyi, necə, nə üçün yazır...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mətanət Məmmədova

Mətbuat əldən gedir. Əvvəlcə bunu deyim, çünki vacibdir. Dünən mətbuatımızda qarşılaşdığım ayrı-ayrı vaxtlarda dərc olunan üç xəbər haqqında danışmaq istəyirəm sizinlə, əziz oxucular. Bəlkə mən səhv düşünürəm, bir siz də nəzər salın. Mən səhv deyirəmsə, məni qınayın. Düz deyirəmsə, 150 illik tarixi yol keçib bu günlərədək gəlib çıxa bilən milli mətbuatımıza bu xəbər və yazılarla zərbəni zərbə üzərindən endirənləri qınayın ki, çoxsaylı belə səhvlərə və yanlışlara son qoysunlar.

Təqdim etdiyim xəbərləri yayımlayan media obyektlərinin hər birinə böyük sayğım var. Lakin bunları deməyə də borcluyam. Diqqət edək:

Publika.az.

“Pensiya alanlara şad xəbər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Publika.az xəbər verir ki, respublikamızın digər bölgələrində yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək”.

Burada hansı şad xəbərdən söhbət gedir? Ölkədə hər ay heç bir yubanma, problem olmadan pensiyalar vaxtlı-vaxtında ödənilir. Dekabr ayında da bu prosesin olacağını şad xəbər kimi təqdim etməklə bizim media nə demək istəyir?

Bu sərlövhə ilə xəbər o zaman verilə bilər ki, ölkədə iqtisadi çətinlik olar, pensiyalar hər ay geçikdirilər, bu aydan növbəti aya qalar. Bu, belə deyilsə, normaldırsa, kimə, nə üçün, nəyə görə şad xəbər veririk? Bilən varsa, desin.

Globalinfo.az

“Rayonlardan Bakıya axın dayandı – Səbəb”

Sərlövhəni görən kimi yazıya daxil oldum, sevincək oxumağa başladım. Lakin təəssüf ki, yazının sərlövhə ilə əlaqəsi olmadığını ilk cümlələrdə anladım.

Yazıda Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri Aydın Mirzəzadə və Arzuxan Əlizadədən rayonlardan Bakıya əhali axının qarşısının alınması yolları ilə bağlı açıqlama alınıb və onların hər ikisi regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün hansı tədbirlərin görülməsi zəruriliyindən danışıb.

Hər iki ziyalımızın söylədiyi fikirlər təqdirəlayiqdir və bütün bunlar həyata keçərsə, doğrudan da gələcəkdə rayonlardan Bakıya gələnlərin sayı azalar. Hər kəs məşğulluğu təmin olunmaqla öz kəndində, qəsəbəsində yaşayar, işləyər. Məsələ sadəcə budur. Sərlövhə isə artıq bu axının dayandırıldığını, yəni məsələnin həll olunduğunu bəyan edir. Bu, nə qədər doğru sərlövhədir, buyurun, qiymət verin.

Təəssüf ki, bu yazıya “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır” qeydi də qoyulub.

Axşam.az

“Nəsrin hamam xalatında fotolarını paylaşdı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə hamam xalatında fotolar paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi oteldə dincələrkən çəkilən şəkillərini izləyiciləri ilə bölüşüb.

Onun bu paylaşımı izləyicilər tərəfindən çox bəyənilib”.

Sizcə, əziz oxucular, bu xəbərin Azərbaycan cəmiyyətinə nə xeyiri ola bilər və nə dəxli var? Azərbaycan insanı nə üçün kimisə hamam xalatında, ayaqları, sinəsi haradan hara açıq şəkildə görməlidir? Bax, bu xəbər nəyi təlqin, təbliğ edir, biz nədən xəbər düzəldirik?

Bu video kim tərəfindən bəyənilib, kimlər bunu alqışlayıb, deyə bilmərəm, lakin ağlı başında olan, normal və sağlam düşüncəyə malik bir insan bunu nə üçün paylaşmalıdır? Bu fotolar nə üçün bizim yeniyetmə-uşaqlarımızın qarşısına çıxmalıdır? Nədir bizim günahımız?..

P.S. “Like” yığmaq, zorla oxutmaq, barmaq toxundurmaq, “maraq oyatmaq” naminə yalan sərlövhələrdən istifadə etmək nə qədər doğrudur? Hər bir məişət məsələsini, o məsələ ki, normaldan çox kənar olmaqla milli dəyərlər sistemimizə tamamilə ziddir, mətbuat səhifələrinə çıxarmaq nə qədər doğrudur?

Sərlövhə mətnin qısa xülasəsidir, bizə belə öyrədiblər. Bəs görəsən sərlövhəni təkzib edən yazıları yazanlar kimdən öyrənib? Bizə hər bir yazıda milli-mənəvi dəyərlərin qorunmasını öyrədiblər. Bəs hamam xalatında bir aktrisanı cəmiyyətə təqdim edənlər bunu kimdən dərs alıb? Maraqlıdır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri