Icma.az
close
up
RU
Bizim səhvlərimiz unudulmağa məhkumdur... Sədaqətli olmaq lazımdırmı?

Bizim səhvlərimiz unudulmağa məhkumdur... Sədaqətli olmaq lazımdırmı?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün fransız yazıçı Andre Moruanın anım günüdür.

Kulis.az bu münasibətlə müəllifin "Yaşamaq elminin dörd qaydası" məqaləsini təqdim edir.
Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandır. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.

Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdır, - onlar deyirlər. - Qətiyyən şübhə yoxdur ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin, yəni böyük klassik mədəniyyətlər erasının sonudur və biz yeni eranın kandarında dayanmışıq… Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.

Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məgər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil?

O ki qaldı ruha… Mənəvi dəyərlər çürük əxlaqçıların mənasız uydurması deyil.

Onları buna görə dəyər adlandırırıq. Çünki onlarsız nə cəmiyyətin sonrakı inkişafı mümkün deyil, nə də xoşbəxt həyat.

Başlanğıc üçün bu dünya qədər qədim olan bir neçə həqiqəti sizin yadınıza salacam. O həqiqətləri ki, nə texniki tərəqqi, nə də nihilist fəlsəfə onları ləğv etməyə qadir deyil.

Birincisi, təkcə özün üçün yaşamaq olmaz. Yalnız özü haqqında düşünən insan özünü bədbəxt hiss eləməkdən ötrü hər zaman minlərlə səbəb tapacaq.

O, heç vaxt eləmək istədiyi və eləməli olduğu şeyləri reallaşdırmayıb. Öz fikrincə, layiq olduğu şeylərin heç birini almayıb. Nadir hallarda sevilmək istədiyi qədər sevilib. O, daima öz keçmişində eşələnərək yalnız peşmanlıq, bir də vicdan əzabı hiss eləyəcək. Yeri gəlmişkən, bunların hər ikisi mənasızdır.

“Bizim səhvlərimiz unudulmağa məhkumdur, onlar başqa heç nəyə layiq deyil”.

Onsuz da keçmişin üstündən xətt çəkmək qeyri-mümkündür, yaxşısı budur, nəticəsi ilə fəxr edə biləcəyiniz bir indi qurun. İnsanın öz-özü ilə mübarizə aparması ən böyük pislikdir.

Başqaları üçün, öz ölkəsi üçün, bir qadın üçün, yaradıcılıq üçün, aclar və səfillər üçün yaşayan hər kəs öz kədərini və xırda məişət qayğılarını sanki sehrli çubuğun köməyi ilə unudur?

“Əsl zahiri dünya əsl daxili dünyamızdır”.

İkinci qayda: hərəkət eləmək lazımdı. Dünyanın absurd olduğundan şikayətlənmək yerinə taleyin bizi atdığı balaca guşəni dəyişməyə çalışaq. Kainatı dəyişmək bizim imkanlarımız xaricindədi, heç buna can atmırıq da. Bizim hədəflərimiz daha yaxın və daha asandı: öz işinlə məşğul olmaq, onu doğru seçmək, dərindən öyrənmək və o işdə ustalığa nail olmaq.

Hər kəsin öz fəaliyyət sahəsi var: mən kitab yazıram, xarrat mənim üçün kitab şkafı düzəldir, nəzarətçi küçə hərəkətini tənzimləyir, mühəndis sxemlər çəkir, mer kommunanı idarə eləyir. Əgər insan hər hansı peşəyə mükəmməl şəkildə yiyələnibsə, işi ona xoşbəxtlik gətirir. İnsanlar hətta asudə vaxtlarında da əliboş oturmurlar, yəni onlar, ilk baxışda faydasız görünən işlərlə, məsələn, oyun oynamaqla, idmanla məşğul olurlar. Reqbiçi hətta rəqibi onu palçığın içinə yıxanda da xoşbəxt olur. O ki qaldı faydalı işlərə, biz onların nəticələrinə sevinirik: mer şəhərdə nizam-intizamın qorunmasına nəzarət eləyir, keşiş yanına gələn möminlərə tövsiyələr verir və hər ikisi öz zəhmətinin bəhrəsindən zövq alır.

Üçüncü qayda: insan iradəsinin gücünə inanmalıdı. Gələcəyin əvvəldən axıra və bütünlüklə yazıldığı fikri doğru deyil. Dahi insan tarixin gedişatını dəyişməyə qadirdi. İstəməyə cəsarəti çatan insan öz gələcəyini dəyişə bilər. Təbii ki, bizim heç birimiz qüdrətli deyilik; insan azadlığının sərhədləri var. O, imkanlarının və arzularının sərhədində yaşayır.
Mənim müharibəyə mane olmaq qüdrətim yoxdu, ancaq şifahi və yazılı çağırışlarım milyonlarla başqa insanların çağırışlarına qoşulub müharibə təhlükəsini azalda bilər. Həmvətənlərimə “sizi təhqir eləyiblər və şərəfiniz öz həyatınız, ölkənizin həyatı bahasına qisas almağı tələb eləyir” cümləsini hər fürsətdə, səbəbli və səbəbsiz təkrarlamamaq mənim özümdən asılıdı. Mənim savaşda qalib gəlməyə gücüm çatmaz, ancaq igid əsgər olmaq və borcumu yerinə yetirmək öz əlimdədi.

Və bir halda ki “bizim imkanlarımız bacardıqlarımızdan asılıdı”, onların məhdudluğu haqqında düşünmədən həmişə formada olmaq lazımdı. İnsan özünə güzəşt eləyəndə tənbəlləşir, qorxaq olur: amma iradəsinin gücü ilə özünü vicdanla işləməyə və qəhrəmanlıqlar eləməyə zorlayır. Bəlkə də iradə gözəl məziyyətlərin şahıdı.

Dördüncü qayda da son dərəcə vacibdi: Sədaqətli olmaq lazımdır. Başqalarına və özünə verdiyin sözə, götürdüyün öhdəliklərə sadiq olmaq, heç vaxt heç kimi yarı yolda qoymayan insanlardan olmaq lazımdı. Sədaqət ağır məziyyətdi. İnsanı yoldan çıxara biləcək minlərlə tamah var. İndi deyəcəksiniz ki “Necə? Deməli, əgər mən işvəkar, yalançı və səfeh qadınla evlənmişəmsə, ondan ayrıla bilmərəm? Əgər seçdiyim peşə məni məyus eləyibsə, onu dəyişə bilmərəm? Əgər mənim üzv olduğum təşkilat bütünlüklə alçaq, acgöz riyakarlardan ibarətdisə, ləyaqətli insanların qurduğu başqa bir təşkilata keçə bilmərəm?”

Xeyr. Sədaqət kor-koranə olmamalıdır. Ancaq unutmayın ki, adətən, sədaqətsizliyin altında uğursuz seçimlərdən daha çox adi vasvasılıq yatır. Alen yazır: “İnsan heç nə eləmədən oturanda istənilən seçim pisdi, ancaq istəyəndə hər bir seçim uğurlu ola bilər. İnsan ixtisasını həmişə kor-koranə seçir. Axı, onu yalnız seçim eləyəndən sonra öyrənmək mümkündü. Sevgi də belədir”.

Bununla belə həmişə (ya da, demək olar ki, həmişə) seçdiyin sahədə məhsuldar işləmək və təşkilatın ruhunu dəyişmək mümkündür. Sədaqət öz zəminini özü yaradır.
Bəlkə bu həyat qaydaları sizə həddindən artıq sərt və həddindən artıq ümumi təsir bağışlayacaq. Mən bunu çox gözəl başa düşürəm, amma başqa nəsə tövsiyə eləyə bilmərəm. Mən sizdən həyatınızı sərt qaydalara əsasən yaşamağınızı tələb eləmirəm. Özünüzdə yumor hissini inkişaf etdirin. Öz - elə mənim də - sözlərinizə və əməllərinizə gülməyi bacarın. Əgər zəifliklərinizin öhdəsindən gələ bilmirsinizsə, onlarla barışın, amma nəyin sizə güc verdiyini də yaddan çıxartmayın.
Vətəndaşları təkcə əyləncə və mənsəb haqqında düşünən istənilən cəmiyyət, ədalətsizliyə və zorakılığa şərait yaradan istənilən cəmiyyət, insanların bir-birinə cüzi də olsa, güvənmədiyi istənilən cəmiyyət, üzvləri məqsədsiz yaşayan istənilən cəmiyyət məhvə məhkumdu.

Nə qədər ki Roma qəhrəmanlar şəhəri idi, çiçəklənirdi. Elə ki onu yaradan dəyərləri unutdu, məhv oldu.

Texniki tərəqqi fəaliyyət növlərini dəyişir, ancaq fəaliyyətin əhəmiyyəti və ona olan tələbat dəyişməz qalır.

Əvvəllər belə olub və həmişə belə olacaq.

Hollivudun süni intellektlə hazırlanmış ilk aktrisası Məhkəmədən Ayşe Barımla bağlı qərar Bakıda 8-ci türk film günləri keçiriləcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see322

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see212

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see203

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see177

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see165

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see148

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see138

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see137

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see133

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see132

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see131

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see129

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see129

“Kristal Pelas” öz rekordunu yenilədi!

07 Oktyabr 2025 18:23see129

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see124

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see123

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see121

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see120

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see120

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri