Icma.az
close
up
RU
“Bizim simamız yoxdur?” Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ

“Bizim simamız yoxdur?” Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“SİMA İmza” tətbiqi gözdən əlil vətəndaşlar üçün əlçatan deyil. Onlar deyir ki, rəqəmsal imza almaq istəsələr də, buna nail ola bilmirlər.

Yenisabah.az xəbər verir ki, Musavat.com-a müraciət edən 1-ci qrup gözdən əlil Mürsəl Novruzov bildirir ki, təxminən 6 aydır bu sistemdə qeydiyyatdan keçə bilmir:

“Biz gözdən əlillər bir çox proqramlardan istifadə edə bilirik. Lakin “SİMA İmza”da qeydiyyat zamanı üzün şəklinin çəkilməsi tələb olunur. Baxmaq mümkün olmadığı üçün şəkil alınmır. Proqram bizim vəziyyətimizi nəzərə almır.

Şikayət edirik, deyirlər, proqram belədir, bizlik deyil. Elə çıxır ki, bizim simamız yoxdur. Ömrümüzün sonuna qədər bu imzadan istifadə edə bilməyəcəyik? Axı biz də bank xidmətlərindən istifadə edirik, kommunal ödənişləri etmək istəyirik.

Qeydiyyatdan keçmək istədikdə gözümüz əsir deyə proses yarımçıq qalır. Biz baxa bilmirik axı. Bunu elə etmək lazımdır ki, bizim üçün də uyğun olsun. Mənim kimi insan çoxdur”.

Məsələ ilə bağlı “AzInTelecom” MMC Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın əldə edilməsi zamanı təhlükəsizlik prinsiplərinə xüsusi önəm verilir və bu məqsədlə istifadəçinin şəxsiyyətinin dəqiq müəyyənləşdirilməsi üçün biometriya texnologiyasından istifadə olunur:

“ “SİMA İmza” tətbiqində biometrik qeydiyyat zamanı canlılıq testi aparılır və bu mərhələdə istifadəçidən gözün aydın şəkildə kameraya göstərilməsi tələb edilir. Təəssüf ki, bəzi hallarda gözdən əlil vətəndaşlarımızın bu mərhələni tamamlamaqda çətinlik yaşadığı müşahidə olunur.

Qeyd edək ki, “SİMA İmza” tətbiqindəki bu tələb təhlükəsizlik - yəni vətəndaşların adından onlardan xəbərsiz onlayn əməliyyatların aparılmaması, su-istifadə hallarına yol verilməməsi məqsədilə tətbiq edilir.

Nəzərinizə çatdırırıq ki, hazırda “SİMA İmza” vasitəsilə hər bir vətəndaşın rəqəmsal xidmətlərdən bərabər şəkildə faydalanmasını təmin etmək üçün bu istiqamətdə təkmilləşdirmə işləri aparılır.

Bununla belə, görmə məhdudiyyətli vətəndaşlarımızın rəqəmsal xidmətlərdən istifadə ehtiyacını nəzərə alaraq onların elektron imza əldə etməsi üçün alternativ həll təklif edirik.

Belə ki, görmə məhdudiyyətli şəxslər (eyni zamanda onların yaxınları müvafiq etibarnamə ilə) “AzInTelecom MMC”nin müştəri xidmətləri mərkəzinə yaxınlaşaraq və ya sima.az saytına daxil olaraq onlayn qaydada “SİMA Token” elektron imzasını sifariş edə bilərlər”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri