Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 14 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 14 fevralda baş vermiş tarixi hadisələr

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də ilk dəfə yayıma başlayıb. Aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Bundan sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.  
Bəs, 14 fevralda daha hansı hadisələr baş verib?
1. 14 fevral dünyanın bir çox ölkələrində Sevgililər Günü kimi qeyd edilir. Tarixi Roma Katolik Kilsəsi dövrünə aiddir. Valentin adlı bir keşiş romalı əsgərlərin evlənməsinin yasaq olduğu dövrdə onların evlənmələrinə yardım edir və bununla qızları da gizlicə ərə vermiş sayılır. Buna görə 496-cı ilin 14 fevralında Roma Papası Gelasius Valentinin edamına qərar verir. 
Digər tərəfdən, 1381-ci il tarixli “Parlament of Foules” adlı kitaba görə, Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü sayılırdı. Bu gün sevgililər bir-birilərinə xoş sözlər deyir, yazır və məktublarını “Valentin” xitabı ilə ünvanlayırdılar. Amma Azərbaycanda “Sevgililər günü” 30 iyun İlham və Fərizənin evləndiyi gün hesab edilir.
2. 1876-cı ilin bu günündə telefon ixtira olunub. Şotlandiyalı Aleksandr Qraham Bell ixtirası üçün patenti 14 fevralda alıb. Azərbaycanda telefon rabitəsi bundan az sonra - 19-cu əsrin 80-ci illərinin əvvəllərində qurulub. 1911-ci ildə isə Bakı-Tiflis telefon rabitəsi xətti işə düşüb.
3. 1946-cı ilin 14 fevral tarixində Cənubi Azərbaycanın mərkəzi şəhəri Тəbrizdə Səttrxanın heykəli qoyulub və adına orden təsis edilib.
4. 1946-cı ilin 14 fevralında elektriklə işləyən və elektron məlumat işləmə gücünə malik ilk kompüter ENİAC ABŞ-ın Pensilvaniya Universitetində tanıdılıb.
5. 1978-ci ilin bu günü sonralar “cip” adlanacaq ilk mikrosxem patentləşdirilib.  
6. 1992-ci ilin bu günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk bölməsi yaradılıb. Ona görə də 14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günü elan edilir.
7. 14 fevral 2004-cü ildə Hamburqda dünyaya gəlmiş türk rejissor Fateh Akının "Divara qarşı" (Duvara karşı) bədii filmi Berlin Beynəlxalq Film Festivalında “Ən yaxşı film” seçilərək "Qızıl ayı" mükafatını alıb.
14 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Teymurlar sülaləsindən olan Zahirəddin Babur 1493-cü ilin 13 fevralında dünyaya gəlib. Sonralar Böyük Moğol sülaləsinin bünövrəsini qoyan Babur həm də özbək dilində yazan görkəmli şair olub. Baburun dövründə Moğol xaqanlığı yüksək inkişaf səviyyəsinə çatıb. (1493-1564)
2. 14 fevralda ingilis dəniz səyyahı, 3 dəfə dünya səyahəti ekspedisiyasına rəhbərlik etmiş Ceyms Kuk xatırlanır. (1728-1779)
3. 14 fevralda 1918-ci ildə Azərbaycanın görkəmli memarı və alimi Davud Axundov anadan olub. D.Axundovun 100-dən çox layihəsindən 82-si həyata keçib. Bunlardan Bakı və Krasnovodsk Dəmiryolu Vağzalları, Bakıda və respublikadan kənarda yüzlərlə çoxmərtəbəli binalar ona böyük şöhrət gətirib. 1990-cı ildə Dövlət Mükafatına layiq görülüb.
4. Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti, SSRİ və Azərbaycan  Dövlət mükafatları laureatı, professor Nazim Rzayev 1925-ci ilin 14 fevralında dünyaya göz açıb.
5. Azərbaycan bioloqu, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Vahid Hacıyev 14 fevral 1928-ci ildə anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:418
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Fevral 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri