Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Fevralın 7 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 7 də baş vermiş tarixi hadisələr

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2007-ci ilin bu günündə Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti Layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Gürcüstan, Azərbaycan və Türkiyə hökumətləri arasında baş tutan imzalanma mərasimi Tiflisdə keçirilib.
Bəs, 7 fevralda dünyada daha hansı hadisələr baş verib? 
1. 7 fevral 1550-ci ildə III Yuli Roma Papası seçilib. 
2. 1613-cü ilin bu günündə I Mixail Rusiya İmperiyasının çarı olub.
3. 7 fevral 1855-ci ildə Şimodada Rusiya-Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında "Əbədi sülh və səmimi dostluq" elan edilib.
4. 1900-cu ilin 7 fevralında İngiltərə İşçi Partiyası yaradılıb. 
5. 1945-ci ilin 7 fevralında müttəfiqlər – İngiltərənin Baş naziri Uinston Çörçill, ABŞ prezidenti Franklin D.Ruzvelt və SSRİ-nin Baş katibi İosif Stalin Qara dəniz sahilində gizli bir yerdə Almaniyaya qarşı müharibənin sonu və Avropanın gələcəyi mövzularını müzakirə ediblər.
6. 7 fevral 1964-cü ildə İngiltərənin populyar musiqi qrupu “The Beatles” ilk ABŞ qastrol səfəri üçün Nyu-Yorka getdi. Heyranlarının böyük rəğbəti qarşısında qaldıqları otel polis barikkadasına alınarkən, qrup üzvləri iki gün müddətində otaqlarından çölə çıxa bilmədilər.
7. 7 fevral 1971-ci ildə İsveçrədə qadınlara seçki hüququ verilib.
8. 1973-cü ilin 7 fevralında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərara əsasən, Maraş rayonuna "Qəhrəman" adı verilib və o, Kahramanmaraş olaraq dəyişdirilib. Qeyd edək ki, Maraş Qurtuluş Savaşı zamanı Fransa işğalçılarına qarşı yerli mübarizəsinə görə TBMM tərəfindən “İstiqlal medalı” verilən ilk rayon olub. 
9. 1990-cı ilin bu günündə Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirib. 
10.  7 fevral 1992-ci ildə Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri - Maastrix müqaviləsi imzalanıb. 
11. 1995-ci ilin bu günündə ABÇ-ın "Discovery" kosmik gəmisi Rusiyanın "Mir" kosmik stansiyasına birləşib. 
12. 1996-cı ilin 7 fevralında Türkiyənin “Bir-Gen Air” şirkətinə məxsus “Boeing 757” sərnişin təyyarəsi Dominikan Respublikası yaxınlığında Atlantik okeanına düşüb və 189 nəfər həlak olub. 
13. 2009-cu ilin 7 fevralında Avstraliyada ölkə tarixinin ən böyük yanğını baş verib. Viktoriya ştatında "Qara şənbə" günü baş verən yanğında 173 nəfər həyatını itirib, 414 nəfər isə yaralanıb.
7 fevralda həm də bu şəxsiyyətlər xatırlanır.
1. 1919-cu ilin bu günündə rejissor, aktyor və ssenarist Tofiq Tağızadə anadan olub (1919-1998). Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən ki gözəl deyildim”, “Dədə Qorqud”, “Babamın babasının babası” və digər ekran əsərləri Azərbaycan kinosunun klassikasına çevrilib.
2. 7 fevral 1928-ci ildə türk musiqiçi və teatr aktrisası Aysel Gürel dünyaya göz açıb. 
3. Bu gün Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) doğum günüdür. Mübariz erməni silahlı qüvvələrinin hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olub. 
4. 1478-ci ilin 7 fevralı İngiltərənin paytaxtı Londonda məhşur ingilis mütəfəkkiri, utopik-sosializmin banisi Tomas Mor anadan olub. (1478-1535)
5. 1812-ci ilin 7 fevralında ingilis ədəbiyyatında sosial roman janrının görkəmli nümayəndəsi Çarlz Dikkens dünyaya gəlib. Onun “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Balaca Dorrit”, “Böyük ümidlər” və digər romanları dünyanın bir çox ölkəsində dəfələrlə tərcümə olunaraq nəşr edilib. (1812-1870)
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri