Icma.az
close
up
RU
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun iclası keçirilib AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun iclası keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 2024-cü il üzrə Yol Xəritəsinin hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair hesabatın müzakirəsi məqsədilə təşkil olunub.

İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev çıxış edərək, qarşıda duran əsas hədəflər barədə məlumat verib. Qeyd olunub ki, “Bazar rəqabəti” indikatoru rəqabət, dövlət satınalmaları və innovasiya sahələrini əhatə etməklə, müvafiq istiqamətlərdə inkişaf səviyyəsi və biznes mühitinin əlverişliliyinin qiymətləndirilməsini nəzərdə tutur.

Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun rəhbəri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev 2024-cü il üzrə Yol xəritəsində nəzərdə tutulan tədbirlər və onların icra vəziyyəti barədə təqdimatla çıxış edib. Dövlət müəssisələrinin rəqabət qurumu tərəfindən qiymətləndirilməsi, rəqabət orqanı ilə əməkdaşlıq edən təşkilatlara güzəşt proqramlarının tətbiqi və birləşmələrə çoxfazalı nəzarət mexanizmləri ilə bağlı alt komponentlərin tələblərinin təmin edilməsi məqsədilə Rəqabət Məcəlləsinə dəyişiklik edilməsinə dair təkliflərin hazırlanmasının zəruriliyi vurğulanıb. Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Qanunun və Rəqabət Məcəlləsinin tətbiqinin biznes mühitinin inkişafına təsirləri diqqətə çatdırılıb.

İclasın yekununda 2025-ci il üzrə Yol xəritəsinin tərtib edilməsi məqsədilə hazırlanmış diaqnostika sənədi təqdim olunub və bu sahədə iclas iştirakçılarının və İşçi qrupun üzvlərinin təklifləri səsləndirilib. Növbəti il ərzində icrası planlaşdırılan Yol xəritəsinin ekspert sorğularına verilən cavablar əsasında formalaşdırılması istiqamətində müzakirələr aparılıb və İşçi qrupun üzvləri tərəfindən səsləndirilən suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri