Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 24 yanvar, AZƏRTAC
Mərkəzi Bankda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2024-cü il üzrə Yol xəritəsi və İşçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində il ərzində görülmüş işlər barədə məlumat verib.
İclas çərçivəsində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun yeni rəhbəri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Toğrul Əliyev təqdim edilib.
İclasda, həmçinin 2025-ci il üzə Fəaliyyət Planının və “Maliyyə xidmətləri” indikatoru ilə bağlı bu il üzrə Yol xəritəsinin layihələri, habelə “Bussiness Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə cavablandırılmış sorğunun nəticələri üzrə müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 24 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















