Icma.az
close
up
RU
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun iclası keçirilib

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Səhiyyə Nazirliyinin rəhbərlik etdiyi “Səhiyyə sistemi” işçi qrupunun dekabrın 11-də növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi (İİTKM), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB), həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun məsul şəxsləri iştirak ediblər.

Səhiyyə nazirin müavini Rasim İsmayılovun sədrliyi ilə keçirilən iclasın gündəliyində işçi qrupun yeni üzvlərinin təqdim olunması, Fəaliyyət Planı üzrə icra edilən işlərin təhlili, əvvəlki görüşün nəticələrinə dair protokolun Qərar hissəsindəki tapşırıqların vəziyyəti barədə müzakirələrin aparılması yer alıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev iclas zamanı müzakirə edilən tədbirlərin profil strukturlarına müvafiq rəy və təkliflərin verilməsində aparılan işlərin səmərəliliyi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova nazirlik tərəfindən uşaqların immunoprofilaktikası sahəsində görülən işlərə dair məlumatları təqdim edib.

İclasda, həmçinin TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanovanın, İİTKM-nin Monitorinq və qiymətləndirmə söbəsinin müdir müavini Səbinə Cumazadənin və digər iştirakçıların çıxışları dinlənilib.

Təqdimatlardan sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib.

İclasın yekunlarına əsasən, 2025-ci ildə “Səhiyyə sistemi” İşçi Qrupunun iclaslarında müzakirə olunacaq məsələlər və növbəti addımlar müəyyənləşdirilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupununa rəhbərliyi Səhiyyə Nazirliyi həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri