Icma.az
close
up
RU
Blinken israilli nazir Qallant və misirli həmkarı Abdulati ilə Qəzzanı müzakirə edib

Blinken israilli nazir Qallant və misirli həmkarı Abdulati ilə Qəzzanı müzakirə edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qallant və Misirin xarici işlər naziri Bədr Abdulati ilə ayrı-ayrılıqda telefon danışığında Qəzza məsələsini müzakirə edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilir.

Blinken Qallant ilə görüşündə İran və İranın dəstəklədiyi qrupların təhdidlərinə qarşı “ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini” təkrarlayıb.

Blinken İsraili Qəzzadakı bütün mülki şəxslərə humanitar yardımı əhəmiyyətli dərəcədə artırmaq, həmçinin “Qəzzada müharibəyə” son qoymaq və bütün əsirlərin öz evlərinə qayıtmasını təmin etmək üçün əlavə addımlar atmağa çağırıb və "münaqişədən" sonra Qəzzada fələstinlilər üçün yenidənqurma üçün yol xəritəsinin çəkilməsinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin Livanda həm livanlı, həm də israilli mülki şəxslərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin edəcək diplomatik həllə nail olmaq səylərini müzakirə ediblər.

Blinken Abdulati ilə görüşündə “Qəzzada müharibənin” dayandırılması və humanitar yardımların artırılmasının vacibliyini vurğulayıb. Blinken Qəzzada münaqişədən sonrakı dövr üçün təhlükəsizliyi və yenidən qurulmasını təmin edəcək yol xəritəsinin yaradılmasının vacibliyinə diqqət çəkib.

İkili həmçinin Livanda Mavi Xəttin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmasına imkan verəcək diplomatik həll yolu tapmaq səylərini müzakirə ediblər. Blinken bəyan edib ki, Livan liderləri ölkədə “prezident kreslosunun boş qalması” məsələsini təcili həll etməlidirlər.

Nazir Blinken də Misirin Sudandakı qarşıdurmaların dayandırılması, mülki əhalinin qorunması və humanitar yardımların artırılması istiqamətində gördüyü işlərə görə Abdulatiyə təşəkkür edib və mülki hökumətə keçid prosesinin irəlilədilməsinin vacibliyinə diqqət çəkib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri