Blinken Türkiyəyə səfər etdi Foto
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TRT Haber" məlumat verib.
Qeyd olunur ki, Blinkenin Türkiyə ilə təmasları çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə görüşü gözlənilir.
ABŞ Dövlət Departamentinin səfərdən əvvəl verdiyi açıqlamada, görüşlərdə Suriyada mümkün keçid prosesinin və Qəzzada atəşkəsin müzakirə ediləcəyi bildirilib. Blinkenin Türkiyəyə getməmişdən əvvəl İordaniyaya səfər etdiyi və regional məsələlərdə sıx diplomatiya apardığı məlumdur.
Xatırladaq ki, Fidan və Blinken dekabrın 7 və 10-da telefonla Suriyadakı son hadisələri müzakirə ediblər.
Baxış sayı:110
Bu xəbər 13 Dekabr 2024 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















