“Qadınların təhsilini real məşğulluq imkanları ilə əlaqələndirmək vacibdir” Aydan Ramazanova
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qadınların təhsil və bacarıqlarının real məşğulluq imkanlarına çevrilməsi, eləcə də onların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün yerli ehtiyaclara uyğun dəstək mexanizmləri yaradılmalıdır.
SİA xəbər verir ki, bunu “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində deyib.
O bildirib ki, Edel Fondu tərəfindən yaradılmış rəqəmsal farmakonəzarət mərkəzi qadınların ənənəvi biliklərini və fəaliyyətlərini bir araya gətirməklə yanaşı, onların öz məhsullarını nümayiş etdirməsi və satması üçün də imkanlar yaradır.
A.Ramazanovanın sözlərinə görə, bu cür təşəbbüslər qadınların elmi bilik və bacarıqlarını inkişaf etdirməsinə, onları praktikada tətbiq etməsinə və müştərilər tapmasına şərait yaradır. Beləliklə, yerli mədəni biliklər elmi yanaşmalarla birləşərək iqtisadi inkişafa töhfə verə bilər.
O qeyd edib ki, qadınların inkişafını dəstəkləyən proqramlar hazırlanarkən təhsil və məşğulluq bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməlidir. Təhsil bacarıqların formalaşmasına, bacarıqlar isə real iş və sahibkarlıq imkanlarının yaranmasına xidmət etməlidir.
A.Ramazanova vurğulayıb ki, uğurlu təcrübələrin digər ölkələrdə tətbiqi zamanı yerli ehtiyaclar, mədəni xüsusiyyətlər və iqtisadi reallıqlar nəzərə alınmalıdır. Bununla yanaşı, hökumətlərin, təhsil müəssisələrinin, təşkilatların və beynəlxalq qurumların əməkdaşlığı vacibdir.
O əlavə edib ki, proqramların səmərəliliyi yalnız təlimlərdə iştirak edənlərin sayı ilə ölçülməməlidir. Təlimlərdən sonra qadınların iş tapması, sahibkarlıq fəaliyyətinə başlaması və icmalarında qərarların qəbulunda iştirak imkanlarının genişlənməsi də qiymətləndirilməlidir.
A.Ramazanova bildirib ki, qadınlar və qızlar onların gələcəyinə təsir edən proqramların hazırlanması və həyata keçirilməsi prosesinə birbaşa cəlb olunmalıdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 28 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















