Icma.az
close
up
RU
Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ

Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çoxmərtəbəli binaların bloklarında, pilləkən meydançalarında, hətta bəzən pilləkənlərin kənarı ilə lazımsız əşyalar yığılır. Xüsusilə də 6-8 mənzilin bir mərtəbədə yerləşdiyi yeni binalarda laqeyd sakinlərin istifadə etmədiyi əşyaların “anbarı” çoxlarını narahat edir. Köhnə mebellər, şkaflar, karton qutular və hətta xarab məişət texnikası həftələrlə, bəzən aylarla saxlanılır.
Bəs sakin öz əşyasını binanın ümumi sahəsində saxlaya bilərmi? Digər sakinlər narazıdırsa nə etməlidirlər?
Bu görüntüdən narahat olan qonşular ümumi istifadə sahələrinin boş və təhlükəsiz saxlanmasını tələb etmək üçün ilk növbədə binaya xidmət göstərən quruma, yəni tikinti şirkətinin komendantlığına müraciət edə bilər. Problem həll olunmursa, bələdiyyəyə də yazılı müraciət etmək mümkündür.
Problemin hüququ yolu da var: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1 maddəsinə görə çoxmənzilli binanın pilləkən meydançaları, pilləkənlər, çardaqlar, zirzmilər, şaxtalar, dəhlizlər və digər ümumi sahələri bütün mənzil sahiblərinin ümumi paylı mülkiyyətidir. Yəni bir sakin həmin yeri öz şəxsi saxlanc yeri kimi istifadə edə bilməz.
Bu, sadəcə səliqəsizlik deyil, təhlükə mənbəyidir.
Məsələ burasındadır ki, yaşayış binalarında pilləkən qəfəslərində və dəhlizlərdə hər sakinin özünə aid künc yaratması, pilləkən meydançalarında hər hansı əşyaların saxlanması qadağandır. Çünki yanğın və zəlzələ təhlükəsizliyi qaydalarına görə, pilləkənlər, pilləkən qəfəsləri, giriş-çıxışlar və dəhlizlər hərəkət üçün rahat və təhlükəsiz olmalı, həmçinin təxliyə üçün əlverişli saxlanmalıdır. Qonşular bu ərazilərin daraldılması, keçidin çətinləşdirilməsinə görə hətta Fövqəladə Hallar Nazirliyinə belə şikayət edə bilər.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Avqust 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri