Danimarkadan ABŞ a XƏBƏRDARLIQ
Ayna saytına istinadən Icma.az xəbər verir.
“ABŞ Qrenlandiyanı güc yolu ilə ilhaq etməyə cəhd edərsə, hərbi qulluqçularımız cavab atəşi açmağa borcludurlar”
“ABŞ Qrenlandiyanı güc yolu ilə ilhaq etməyə cəhd edərsə, Danimarka hərbi qulluqçuları Amerika qüvvələrinə cavab atəşi açmağa borcludurlar”. AYNA.AZ bildirir ki, bu sözləri Danimarka Müdafiə Nazirliyinin sözçüsü Tobias Roed Jensen deyib.
O Amerikanın “The Intercept” portalına verdiyi açıqlamada bildirib ki, "Danimarka hərbi birləşmələri Danimarka ərazisini müdafiə etməyə, o cümlədən silahlı hücuma məruz qaldığı təqdirdə dərhal müdafiə tədbirləri görməyə borcludurlar".
Jensen 1952-ci ildə qəbul edilmiş və Qrenlandiya da daxil olmaqla bütün ölkəyə şamil edilən müvafiq kral fərmanına istinad edib. O qeyd edib ki, fərman Danimarka ordusuna siyasi və ya hərbi liderlərdən təlimat gözləmədən hücum halında ölkəni müdafiə etməyə imkan verir. Lakin Müdafiə Nazirliyi ordunun ABŞ hücumuna necə cavab verəcəyini izah etməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 15 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















