Icma.az
close
up
RU
Bloqerlər üçün qızıl dövr bitdi: Sosial mediada reklam fəaliyyəti nəzarətə götürüldü...

Bloqerlər üçün qızıl dövr bitdi: Sosial mediada reklam fəaliyyəti nəzarətə götürüldü...

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi bloqerlər üçün qızıl dövr bitdi. Bloqerlərin bazar payı nə qədərdir, yeni qanunun tətbiqində bloqerlər və sosial media üçün risklər varmı? Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və bloqerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib”​.

Sitat.info  xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklamla bağlı qüvvəyə minən yenilikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bloqer reklam paylaşımında mütləq açıq şəkildə “reklam” və ya “sponsorluq” sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.

Ekspert, “Bloqerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?” sualına da aydınlıq gətirib: “Azərbaycanda əsasən “Meta” (“İnstagram”, “Facebook” və s.) və “Google” (“Youtube” və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə “TikTok” da bu bazardan xeyli pay qopardır.

Azərbaycanda bu sektorda məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır. Sosialda az sayda bloqer var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər.

Ümumiyyətlə isə qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlayır. Bir kampaniya üçün ortalama 500-1500 manat, hətta 10-15 min manat alan bloqerlər də var.

Əksəriyyət isə elə də böyük pullar qazanmır. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm getdikcə artacaq. Baxmayaraq ki, bir neçə gün öncə bir dəfə də olsun auditi keçirilməyən, hesabatlılığı olmayan, TV-lərin reytinqini ölçən “Marsa Azərbaycan” media üçün reallığı əks etdirməyən başqa data açıqlayıb. Bu isə başqa bir müzakirə mövzusudur.

Bloqerlik və influenserlik cəmiyyətə nə verir?

Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması müşahidə olunur. Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək, tənqid hədəfinə çevirmək doğru olmazdı.

İnfluenserlərin və bloqerlərin paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir. Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar”.

O. Gündüz bu dəyişikliklərin reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcəyinə də münasibət bildirib: “Düşünürəm ki, ümumiyyətlə, bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli bloqerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı. Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək. Amma risklər də var.

Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloqer və influenserlər üçün çətinlik yarada, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə, sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır.

Əgər yalnız yeknəsəng, yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə, bu sektorun inkişafına da mənfi təsirlər olacaq. Bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə və ictimai iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.

Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər”.

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 May 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri