Icma.az
close
up
RU
Bloqerlər və influenserlərin separat reklam oyunları bitdi Yeni qanun nələr vəd edir?

Bloqerlər və influenserlərin separat reklam oyunları bitdi Yeni qanun nələr vəd edir?

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerlər və influenserlər üçün "qızıl dövr" başa çatır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklam qanunvericiliyinə edilmiş yeni dəyişiklikləri şərh edərək bildirib:

"Yeni qanun artıq qüvvəyə minib. Sosial şəbəkədə reklam paylaşan hər bir bloqer reklam və sponsorluq olduğunu açıq şəkildə qeyd etməlidir. Bununla yanaşı, onlar VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi təqdim etməməli, sifarişçi haqda məlumat verməli və lisenziyalaşdırılan məhsullar üçün müvafiq sənədləri paylaşmalıdırlar".

Osman Gündüz sosial media reklam bazarının həcmi ilə bağlı da rəqəmlər açıqlayıb:

"Hazırda bu sahənin illik dövriyyəsi təxminən 10 milyon manatdır. Bu bazarda əsas pay "Meta" (Instagram, Facebook) və "Google" (YouTube) platformalarına məxsusdur. "TikTok" da sürətlə irəliləyir. Az sayda bloqer var ki, aylıq dövriyyəsi 50 min manatı keçir. Amma əksəriyyət üçün bu fəaliyyət ciddi qazanc mənbəyi deyil".

Əlavə edib ki, əvvəllər bu reklam pulları daha çox televiziyalara axırdı, indi isə rəqəmsal bazar bu vəsaitin əsas ünvanına çevrilib.

Osman Gündüz bildirir ki, bu dəyişikliklər:

Reklam bazarında peşəkarlığı artıracaq,

Vergi ödəməyən fəaliyyəti nəzarətə alacaq,

İstehlakçıların aldadılmasının qarşısını alacaq,

Sifarişçilər üçün etibarlı əməkdaşlıq mühiti yaradacaq.

Amma bununla yanaşı, risklərə də diqqət çəkib:

"Qanunun icrasında həddindən artıq sərtlik, gənc və yeni bloqerlər üçün çətinliklər yarada bilər. Sosial media fərqli fikirlərin və yaradıcı azadlığın olduğu məkandır. Əgər platformada yalnız standart, kommersiya yönümlü kontent qalarsa, maraq azalacaq və sektor zəifləyə bilər".

Osman Gündüz bu sahədə maarifləndirmə və ictimai nəzarətin balanslı həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Əgər tətbiq şəffaf və ədalətli olmazsa, yaradıcı gənclər bu sahədən uzaqlaşa bilər, xarici reklamlar üstünlük qazana bilər və sektorun inkişafı geriləyə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 May 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri