BMMT ilə KƏŞ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vyana, 2 fevral, AZƏRTAC
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli fevralın 1-də Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər BMMT ilə KƏŞ arasında əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, üzv dövlətlərlə ortaq təşəbbüslərin və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Xüsusilə KƏŞ-ə
üzv bütün ölkələrin BMMT-nin də tamhüquqlu üzvü olması qeyd edilib, bu əsasda birgə layihələrin həyata keçirilməsi, potensialın gücləndirilməsi proqramlarının icrası, eləcə də müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində ixtisasartırma və təlim fəaliyyətlərinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.
Görüş zamanı, həmçinin BMMT-nin humanitar fəaliyyəti və təşkilatın humanitar mandatı çərçivəsində həyata keçirdiyi layihələr də daxil olmaqla, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəlib, mövcud tərəfdaşlığın müsbət və qarşılıqlı faydalı istiqamətdə inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















