BMT AQEM in rolunu indi əvvəlkindən daha vacib sayır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BMT-nin mərkəzində dayandığı çoxtərəfli əməkdaşlıq şəbəkələrinin gücləndirilməsində AQEM-in rolu və töhfəsi indi əvvəlkindən daha vacibdir.
APA xəbər verir ki, bunu Mərkəzi Asiya üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi Kaha İmnadze Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
O, AQEM-in regionunda əməkdaşlığın genişləndirilməsində bağlantılar mühüm əhəmiyyət daşıdığını deyib:
"Bağlantılar yalnız infrastrukturdan ibarət deyil. Nəqliyyat dəhlizləri, dəmir yolu marşrutları, enerji əlaqələri və rəqəmsal şəbəkələr iqtisadi inteqrasiya ilə yanaşı, açıqlıq və qarşılıqlı fayda prinsipləri əsasında dialoq və daha yaxşı anlaşma üçün də platforma rolunu oynaya bilər".
İmnadze BMT-nin AQEM ilə uzunmüddətli əlaqələri olduğunu qeyd edib:
"Bu kontekstdə BMT-nin Mərkəzi Asiya üzrə Regional Preventiv Diplomatiya Mərkəzi və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşəbbüsü olan, Mərkəzi Asiya üçün terrorizmə dair erkən xəbərdarlıq şəbəkəsi COMTA çərçivəsində AQEM Katibliyi və üzv dövlətlərlə sıx əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Oktyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















