Icma.az
close
up
RU
BMT Azərbaycanla bağlı gözləntilərini açıqlayıb

BMT Azərbaycanla bağlı gözləntilərini açıqlayıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Birrəqəmli inflyasiya 2026-cı ildə davam edəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ildə inflyasiya ilə bağlı yeni gözləntilərini açıqlayıb. Təşkilatın yenilənmiş hesabatında Azərbaycanda cari il üzrə istehlak qiymətləri indeksi 4 faiz, 2027-ci il üçün isə 3,5 faiz səviyyəsində proqnozlaşdırır. Qiymətləndirmələrinə görə, 2025-ci ilin yekununda ölkəmizdə inflyasiya gözlənilən hədəf diapozununda bir neçə bənd yükəsk olub və 5,6 faiz təşkil edib. Cari ildə isə ehtimal edilən qiymət indeksi bir qədər azalmaqla ümumdünya göstəricisinə uyğun olacaq. Ehtimallara görə, inflyasiyanın artmasında əsas rol oynayan amillərdən biri kimi mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq mallarının bahalaşması gözlənilmir. Bu da idxal inflyasiyasını neytrallaşdırır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkəmizdə illik inflyasiya göstəricisi 5,6 faiz təşkil edib. İnflyasiyanın strukturunda qida məhsulları, içkilər və tütün məmulatları üzrə artım 6,8 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 faiz təşkil edib.

Valyuta Fondu və Dünya Bankının nikbin proqnozları

Dünyanın digər nüfuzlu institutlarının da hesabatlarında Azərbaycanla bağlı inflyasiya ehtimalı BMT-nin göstəricilərinə yaxındır. Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyata dair proqnoz baxışlarına əsasən,  Azərbaycan üzrə inflyasiya 4,5 faiz nisbətində müşayiət olunacaq. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, 2025-ci ildə inflyasiya bütün region dövlətlərində, qlobal miqyasda sabit qalıb və ya cüzi artım nümayiş etdirib. Hətta enerji və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bir il əvvəlki səviyyəsindən aşağı düşməsi bəzi regionlarda istehlak indeksini zəiflədib. Fondun qlobal əmtəə bazarları haqqında son hesabatına əsasən 2026-cı ilin birinci yarısı ərzində  enerji məhsullarının ucuzlaşması qiymət indeksini azalda bilər.  Bu, Azərbaycanda qiymət indeksi ilə bağlı gözləntilərin də qənaətbəxş hesab edilməsini əsaslandır. Mövcud bazar göstəriciləri cari ildə qiymət indeksinin sabit çərçivədə qorunub saxlanılacağından xəbər verir.

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 5,3 faiz, 2027-ci ildə isə 5,8, faiz səviyyəsində proqnozlaşdırır. Dünya Bankının ötən ilin oktyabrında açıqlanmış nəşrində isə ölkəmizdə istehlak qiyməti inkdeksi üzrə proqnoz 2025-2026-cı illərdə 3-4 faiz səviyyəsində götürülüb. Asiya İnkişaf Bankı Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanı 3,5 faiz səviyyəsində proqnozlaşdırır.

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda cari ildə orta illik inflyasiyanın 3 faiz, “Fitch Ratings” 4,6 faiz, “Fitch Solutions” 5,5 faiz səviyyəsində olacağını gözləyir.

ING Group”: Qeyri-neft mənbələri iqtisadi artımı təmin edir

Yeri gəlmişkən,  “ING Group”  vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı ötən ildə mülayim artım templəri nümayiş etdirib və fiskal dayanıqlılığını saxlayıb. Ötən il əsas dəyər yaradan sahə - qeyri-neft mənbələrini üzərində inkişaf  templəri ümumi iqtisadi artımın təmin edib . Hökumətin stimullaşdırıcı büdcə və kredit siyasətləri çərçivəsində qeyri-neft dinamikası əlavə dəyərin formalaşmasında üstünlük təşkil etməkdədir.  Xarici ticarət və tədiyyə balansında müsbət saldonun qeydə alınması makrosabitliyin möhkəm sütunlarda dayandığını göstərir. Büdcə ÜDM-in 2,6 faiz səviyyəsində qeydə alınan profisiti maliyyə-fiskal yığımların əvvəlki fiskal hərarətinin davam etməsini təsdiqləyir.

Azərbaycanda monetar amil də ümidvericidir, yürüdülən uçot siyasəti faiz dərəcələrinin yumşalmasından xəbər verir. Belə ki, Mərkəzi Bank uçot dərəcəsini 7 faizə endirib, sentyabrda da eyni dərəcədə saxlaması sərt pul siyasətindən daha konservativ olduğunu şərtləndirmklə bank sektoru üçün əlverişli faiz tətbiq etməsinə imkan yaradır. Bu tendensiya ölkənin maliyyə dayanıqlığına da işarə edir, Azərbaycan manatının sabitliyinin bir göstəricisi olaraq çıxış edir. Manat ABŞ dollarına nisbətdə 1,7 səviyyəsində sabit olaraq qalır və bu sabitliyin 2026-2027-ci ilərdə qüvvədə qalacağı gözlənilir.

Sülh sazişi regional əhval-ruhiyyəni dəyişəcək

“ING” analitiklərinin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması yönündə ardıcıl və iradəli addımlar regional əhval-ruhiyyəni xeyli müsbət yöndə dəyişdirməklə  mühüm siyasi amil kimi həm də iqtisadi situasiyalara  pozitiv təsir edə bilər. Regionda sülh və sabitliyin dayanıqlı bərqərar olması böyük bir coğrafiyada rifah və inkişaf arxitekturasını möhkəmləndirmiş olacaq. Regionda investisiya, müştərək biznes proqramları, nəqliyyat, logistika, tranzit həmrəyliyinin formalaşması çoxtərəfli iqtisadi platformalar yaratmaqla bütün tərəflərin faydalanmasına səbəb ola bilər.

BMT-nin proqnozları Azərbaycan hökumətinin inflyasiya ilə bağlı ehtimalları ilə demək olar ki, eynidir. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, ölkəmizdə orta illik inflyasiya 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcək.  Mərkəzi Bankının sonuncu yenilənmiş proqnozında da bu rəqəm oxşardır: baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2026-cı ilin yekununda 4,6-5 faiz olacağı gözlənilir.

Anti-inflyasiya tədbirləri diqqətdə saxlanılacaq

Mərkəzi Bank hesab edir ki, inflyasiya təhdidləri üçün əsaslı fundamental rıçaqların ortaya çıxacağı nəzərə çarpmır. Ötən ilin dekabr ayı üzrə inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif - xərc amilləri hesabına formalaşmaqdadır.

2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır. Baza ssenariyə əsasən, 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

Bütün bunlara rəğmən, Mərkəzi Bank qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəyini bəyan edir. Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb ediləcək. 2026-cı ildə inflyasiya ilə mübarizə strategiyası çərçivəsində əvvəlki kursa uyğun addımlar atılacaq, inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə və real  gəlirlərinə mənfi təsirlərinin azaldılması əsas vəzifələrdən biri kimi xüsusi diqqət mərkəzində saxlanılacaq.

E. CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri