Icma.az
close
up
RU
BMT Baş katibi dünya liderlərini insanları və planetin gələcəyini prioritet seçməyə çağırıb

BMT Baş katibi dünya liderlərini insanları və planetin gələcəyini prioritet seçməyə çağırıb

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT Baş katibi Antonio Quterreş yeni il münasibətilə müraciətində dünya liderlərini 2026-cı ildə daha ciddi mövqe tutmağa, insanları və planetin gələcəyini prioritet seçməyə çağırıb.

Moderator.az xəbər verir ki, o, dünyanın ciddi çağırışlarla üz-üzə qaldığını bildirib:

"Dünya hazırda yol ayrıcındadır. Xaos və qeyri-müəyyənlik artıb, zorakılıq, parçalanma, iqlim böhranı və beynəlxalq hüququn sistemli şəkildə pozulması ciddi narahatlıq doğurur. Bu proseslər bəşəriyyəti birləşdirən fundamental prinsiplərin zəifləməsinə gətirib çıxarır".

Baş katib həmçinin müraciətində qlobal hərbi xərclərin kəskin artmasına da xüsusi diqqət çəkib:

"Dünya üzrə hərbi xərclər 2,7 trilyon dollara çataraq, təxminən, 10 faiz artıb. Bu məbləğ bütün inkişaf yardımlarından 13 dəfə çoxdur və Afrikanın ümumi daxili məhsuluna bərabərdir. Bütün bunlar isə İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə münaqişələrin davam etdiyi bir dövrdə baş verir".

Antonio Quterreş eyni zamanda deyib ki, yeni ildə beynəlxalq ictimaiyyət prioritetləri yenidən nəzərdən keçirməlidir:

"Daha təhlükəsiz dünya müharibələrə deyil, yoxsulluqla mübarizəyə investisiya qoymaqla mümkündür və sülh əsas məqsəd olmalıdır. Dünya həyatları xilas etmək, planeti bərpa etmək və sülh və ədalət dolu gələcəyi təmin etmək üçün kifayət qədər resurslara malikdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri