BMT Baş katibi liderlərin imzaladığı Birgə Bəyannaməni alqışlayır
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
BMT Baş katib Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannaməni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm mərhələ kimi alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin bəyanatında deyilir.
Bildirilir ki, Baş katib Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın davamlı dialoq və etimadın yaradılmasına sadiqliyini alqışlayır və Prezident Trampın tərəqqiyə kömək etmək səylərini tanıyır. “Baş katib Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün bütün səylərə Birləşmiş Millətlər Təşkilatının güclü dəstəyini bir daha təsdiqləyir”,- deyə bəyanatda vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Avqust 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















