Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

BMT baş katibi vəzifəsinə 4 namizəd: Onlar kimdir? (FOTO)

BMT baş katibi vəzifəsinə 4 namizəd: Onlar kimdir? (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreşin beşillik səlahiyyət müddəti başa çatır. Yeni rəhbər də bu il seçiləcək və 1 yanvar 2027-ci ildən vəzifəsinin icrasına başlayacaq.

Qaynarinfo xəbər verir ki, "Reuters” agentliyi bu vəzifə uğrunda yarışan namizədlərin siyahısını təqdim edib.

65 yaşlı argentinalı diplomat Rafael Qrossi son altı ildə BMT-nin nüvə nəzarəti qurumu olan MAQATE-nin baş direktoru kimi fəaliyyət göstərir və jurnalistlərin ifadəsi ilə "çox fəal və hər yerdə olan” rəhbər kimi tanınır.


Onun rəhbərliyi dövründə MAQATE-nin əsas fəaliyyət istiqamətlərindən biri İranla nüvə sazişinin qorunması üzrə danışıqlar olub. Bu saziş ABŞ-ın 2018-ci ildə prezident Donald Trampın qərarı ilə ondan çıxmasından sonra çətin vəziyyətə düşmüşdü. Məqalədə qeyd olunur ki, Qrossinin tənqidçiləri onun İranla razılaşmalar əldə etmək üçün "həddən artıq irəli getdiyini” iddia edirlər.

Qrossi həmçinin Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələlərlə fəal məşğul olub. Bildirilir ki, o, stansiya ərazisində MAQATE müşahidəçilərinin yerləşdirilməsinə nail olub. Agentlik ekspertləri və Qrossinin özü Rusiya–Ukrayna müharibəsi zamanı dəfələrlə cəbhə xəttini keçiblər.

Qrossi səkkiz uşaq atasıdır və ingilis, ispan, fransız və italyan dillərində sərbəst danışır. Seçki kampaniyası zamanı o, özünü fəaliyyət yönümlü lider kimi təqdim etməyə çalışıb və bir çox diplomat onu favorit hesab edir. O, illərdir BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın dəstəyini qazanmağa çalışır.

70 yaşlı Rebeka Qrinspan özünü islahat tərəfdarı kimi təqdim edir, gender maneələrinə qarşı mübarizə apardığını və BMT-nin sülh, inkişaf və insan hüquqları prinsiplərinə sadiqliyini vurğulayır.


İxtisasca iqtisadçı olan Qrinspan əvvəllər Kosta-Rikanın vitse-prezidenti olub və BMT-nin Ticarət və İnkişaf Konfransına rəhbərlik edib. Onun valideynləri İkinci dünya müharibəsindən sonra Avropadan qaçıb və bu amil onun dünyagörüşünə təsir edib.

Seçiləcəyi təqdirdə Qrinspan BMT-nin ilk qadın baş katibi olacaq. O bildirib ki, ailə həyatı ilə dövlət xidmətini uzlaşdırmaq çətin olsa da, bu təcrübə onun liderlik keyfiyyətlərini formalaşdırıb.

74 yaşlı Mişel Baçelet iki dəfə Çilinin prezidenti olub və BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsini icra edib. O, həmçinin 2010–2013-cü illərdə BMT-nin qadınlar təşkilatına rəhbərlik edib.


Mart ayında Çili hökuməti siyasi dəyişikliklərdən sonra Baçeletə dəstəyini geri çəkib. Buna baxmayaraq, o, Braziliya və Meksikanın dəstəyini qazanmağa çalışacağını bildirib.

Baçelet ABŞ-da bəzi konservativ dairələr tərəfindən abort hüququnu dəstəklədiyinə görə tənqid olunur. Bundan əlavə, ABŞ-ın BMT-də xüsusi nümayəndəsi Mayk Uolts onun namizədliyinə qarşı çıxıb. Respublikaçı senator Pit Rikets isə Baçeleti 2022-ci il hesabatında Çinin uyğur müsəlmanlarına qarşı hərəkətlərini "soyqırımı” kimi qiymətləndirməməkdə ittiham edib. Pekin isə hələlik onun namizədliyinə münasibət bildirməyib.

64 yaşlı Maki Sall 2024-cü ilə qədər 12 il Seneqal prezidenti olub. O hesab edir ki, dövlət başçısı kimi təcrübəsi bu vəzifə üçün əsas üstünlüyüdür.


Sadə ailədə doğulan Sall siyasi karyerası ərzində böyük infrastruktur layihələrini həyata keçirib və Afrikanın inkişafını fəal şəkildə dəstəkləyib. O, borc yükü altında olan inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılmasının vacibliyini vurğulayır və BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını təklif edir.

Sallın namizədliyi Burundi tərəfindən irəli sürülüb, lakin Afrikada onun dəstəyi birmənalı deyil. "Reuters”in əldə etdiyi diplomatik qeydlərə görə, onun doğma ölkəsi və Nigeriya onu dəstəkləmir.

Seçiləcəyi halda o, Misirdən Butros Butros-Qali və Qanadan Kofi Annandan sonra üçüncü afrikalı baş katib olacaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Aprel 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri