BMT də Rusiya qüvvələrinin Ukraynadan çıxarılmasını tələb edən qətnamə qəbul olundu
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
BMT Baş Assambleyası Rusiya qüvvələrinin Ukraynadan dərhal çıxarılmasını və müharibənin dayandırılmasını tələb edən qətnamə qəbul edib.
Gununsesi.info “Report” a istinadən xəbər verir ki, Ukrayna-Rusiya müharibəsinin 3-cü ildönümü ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin təşəbbüsü ilə BMT Baş Assambleyasında fövqəladə sessiya keçirilib.
Sessiyada müvafiq qətnamə layihəsi səsverməyə qoyulub. Qətnamə 93 lehinə, 18 əleyhinə səslə təsdiqlənib, 65 ölkə isə səsvermədə bitərəf qalıb. ABŞ və Rusiya qətnamənin əleyhinə səs verib.
Qətnamədə vurğulanıb ki, Rusiya işğalı üç ildir davam edir və təkcə Ukrayna üçün deyil, həmçinin digər regionlar və qlobal sabitlik üçün də ciddi təhlükə yaradır.
Aİ ölkələrinin də dəstəklədiyi sənəddə müharibəyə son qoyulması və Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən tamamilə çıxması tələb olunur.
Qeyd edək ki, BMT Baş Assambleyasında qəbul edilən qətnamələr tövsiyə xarakteri daşıyır və hüquqi cəhətdən məcburi qüvvəyə malik deyil.
Baxış sayı:190
Bu xəbər 24 Fevral 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















