BMT: İordan çayının qərb sahilində 3 gün içində bar verən 700 zeytun ağacı məhv edilib
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən israillilər zeytun bağlarında məhsul yığımına imkan vermir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat katibi Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O bldirib ki, bu bölgədə zeytun məhsulunun toplanması oktyabr ayından başlasa da, israil hərbçiləri bağlara girən fələstinlilərə zor tətbiq etməklə, buna imkan yaratmayıblar: "Bu vəziyyətin fələstinli fermerlərin dolanışıqlarını təhdid edir. Çünki onların çoxu məhz zeytunlarını satmaqla dolanırdılar. İndisə buna imkan yaradılmır. Təkcə noyabrın son üç günündə israillilər 700 bar vermiş zeytun ağacını qəsdən kökündən kəsərək, məhv edib. Bununla yanaşı, oktyabr və noyabr aylarında zeytun toplamaq istəyən fələstinlilərə qarşı 260 hücum həyata keçirilib".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Dekabr 2024 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















